"Mərhələni keçmək bizim tapşırığımızdır"

"Mərhələni keçmək bizim tapşırığımızdır"
ÖLKƏ FUTBOLU 4 Mart 2015 / 20:11 3625
-  A +

“Kubok oyunudur. Cavab qarşılaşmasını gözləmək lazımdır".

Qol.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, bu sözləri "Xəzər Lənkəran"ın baş məşqçisi Elbrus Məmmədov Azərbaycan kubokunun 1/4 finalında "İnter"ə 0:2 hesabı ilə uduzduqları ilk görüşdən sonra deyib.

"Düzdür, biz səfərdə iki qol buraxdıq. İki qol buraxdıqdan sonra ola bilər ki, mərhələni keçmək şansımızın yüksək olduğunu demək gülməli çıxa bilər. Amma mərhələni keçmək bizim tapşırığımızdır. Hesab edirəm ki, bu tapşırıq həll olunmayanlardan deyil” - deyə o bildirib.

Daha çox


Son xəbərlər