"Kubokda sona qədər getməliyik" – Arif Əsədov

"Kubokda sona qədər getməliyik"  – Arif Əsədov
ÖLKƏ FUTBOLU 3 Mart 2015 / 14:57 3032
-  A +

"Neftçi"nin baş məşqçisi Arif Əsədov Azərbaycan Kubokunun 1/4 final mərhələsində sabah AZAL-aqarşı keçiriləcək oyun haqda fikirlərini bildirib.

Qol.Az-a açıqlamasında kubok matçının "Neftçi" üçün böyük əhəmiyyət kəsb etdiyini deyən mütəxəssis sabahkı qarşılaşmanın asan olmayacağını qeyd edib:
 
"Qarşımıza məqsəd qoymuşuq ki, kubokda sona qədər gedək. Artıq AZAL-la üç çempionat oyunu keçirmişik. Hər iki komanda bir-birini yaxşı tanıyır. Oyun qrafikimizdə sıxlıq var. Son iki görüşdə süni örtüklü meydançada oynamışıq. Bütün bunlar futbolçularımızın bir qədər yorğun olmasına gətirib çıxara bilər".

A.Əsədov "Neftçi" matçın favoritidirmi" sualını belə cavablandırıb: "Buna  artıq futbol ictimaiyyəti fikir bildirməlidir. Biz hər zamankı kimi bu qarşılaşmaya da maksimum ciddi hazırlaşırıq. Evdə oynayacağıq. Meydana ancaq qələbə üçün çıxacağıq. İki oyundan ibarət mərhələdir. Çalışacağıq ki, nəticədə yarımfinala adlayan tərəf biz olaq". 

Daha çox


Son xəbərlər