"Sumqayıtda oynamaq həmişə çətin olur. Bu gün də çətinliklə üzləşdik. Buna baxmayaraq, futbolçular sona qədər döyüşdülər. Üç xalı qazandığımız üçün şadam".
Qol.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, bu sözləri "Neftçi"nin baş məşqçisi Arif Əsədov Azərbaycan Premyer Liqasının 24-cü turunda "Sumqayıt" 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.
"Bir neçə matçdır ki, süni meydançalarda oynayırıq. Lakin gec də olsa, qol vurduq. Biz öz oyunlarımızı oynamalı və mübarizə aparmalıyıq" - deyə o bildirib.
A.Əsədov futbolçusu Ernest Nforun zədəli olduğunu söyləyib:
"O, sabahdan etibarən məşqlərə başlayacaq. Hazırda “Neftçi”də rəqabət mövcuddur. Futbolçuların hər birinə şans vermək niyyətindəyik”.
"Neftçi"də itki
“Heç vaxt təslim olmayan “Barselona” görmək istəyirəm”
"Zirə" "Araz-Naxçıvan"ı belə məğlub etdi - Video
"Bütün baş verənlər bizim səhvlərimizin nəticəsi idi"
"Zirə" "Araz-Naxçıvan"a, "Kəpəz" "Sumqayıt"a qalib gəldi
Kamilo Durandan “Qarabağ”a xoş müjdə
Azərbaycan boksçusu erməniyə qalib gəldi
"Barselona"da qalır
"Kəpəz" - "Sumqayıt" oyunundakı 3 qol - Video
"Rəhbərlik komandaya yaxşı motivasiya verir" - Azər Bağırov
"Belə bəsit qollar buraxdığımıza inana bilmirəm" - Saşa İliç
D lisenziyalı məşqçi kursları yekunlaşıb
Konfrans Liqasında 1/8 final mərhələsinin püşkü atıldı
"Qarabağ"dan Kamilo Duranla bağlı açıqlama
"Araz-Naxçıvan" - "Zirə": Heyətlər