“Qarabağ”ın yeni transferi sabah gəlir - rəsmi

“Qarabağ”ın yeni transferi sabah gəlir - rəsmi
ÖLKƏ FUTBOLU 27 Fevral 2015 / 13:51 11329
-  A +

“Qarabağ” heyətini yeni futbolçu ilə gücləndirir.

Bu barədə Qol.Az-a klubun direktoru Əmrah Çəlikəl məlumat verib.

Onun sözlərinə görə, ispaniyalı hücumçu Dani Kuintana müqavilə imzalamaq üçün sabah Bakıya gələcək:

“Kuintana azad transfer hüququna sahibdir. O, bizim təklif etdiyimiz şərtlərlə razılaşdığı üçün Bakıya gəlir. Biz hər bir futbolçu ilə ən azı üç illik müqavilə imzalayırıq. Kuintananı da qarşıdakı üç ildə heyətimizdə görmək istəyirik”.

Ə.Çəlikək eyni zamanda bildirib ki, Kuintana bu mövsüm “Qarabağ”da rəsmi oyuna çıxa bilməyəcək: “Bu futbolçu cari mövsüm iki klubda çıxış edib. Ona görə də üçüncü klubda oynamsı mümkün deyil”. 

Qeyd edək ki, 28 yaşlı futbolçu 2004-cü ildə "Valensiya"da peşəkar futbola başlayıb. O, "Rasinq", "Gimnastik" kimi klublarda da top qovub. 2013-cü ildə “Yagelloniya”a (Polşa) transfer olan hücumçu 56 oyunda 20 qol vurub. O, son olaraq Səudiyyə Ərəbistanın "Əl-Əhli"klubunda icarə əsasında çıxış edib.    

Daha çox


Son xəbərlər