Bakının “İnter” klubu Premyer Liqamızın 24-cü turunda qarşılaşacağı “Simurq”la oyunun hazırlıqlarını davam etdirir. Komandanın yarımmüdafiəçisi Asif Məmmədov Qol.Az-a müsahibəsində fevralın 28-i saat baş tutacaq bu matç və digər məsələlərdən danışıb.
- Növbəti turda “Simurq”la qarşılaşaqsınız. Bu oyunun hazırlıqları hansı səviyyədədir?
- Qış fasiləsindən sonra ilk oyunumuzda istədiyimiz nəticəni əldə edə bilmədik. “Sumqayıt”la matçda vacib 2 xal itirdik. AZAL-la oyunda da bəxtimiz gətirmədi. Amma əsas odur ki, 3-cü dövrədə məğlub olmamışıq. Ümumi olaraq hər şey qaydasındadır. Bilirik ki, bizi “Simurq”la çətin oyun gözləyir. Çalışacağıq, bu oyunda maksimum xal toplayıb çempionluq yolunda inamla irəliləyək.
- Səncə “İnter”lə “Simurq” arasındakı oyunlara niyə “qardaşların qarşılaşması” kimi baxırlar?
- Bunlar hamısı boş söhbətlərdir. “Simurq” bizə hər zaman baş ağrısı olub. Təkcə bu komandayla oyunda cari mövsüm 4 xal itirmişik. Həmin xalları qazansaydıq, indi turnir cədvəlində “Qarabağ”la aramızda bu qədər xal fərqi olmazdı.
- Səncə, “İnter” mövsüm sonuna kimi istədiyi nəticəni əldə edə biləcək?
- Turnir cədvəlində “Qarabağ”dan 9 xal geridə olsaq da, onlarla iki oyunumuz var. Yəni hələ də çempionluq şansımız qalır. Bizimlə yanaşı, “Qarabağ”ın da çətin oyunları qalır. Bu futboldur, hər an hər şey ola bilər. Ona görə də çempionluqdan ümidimizi üzməmişik. Taleyimiz öz əlimizdədir. ”Neftçi “də artıq bizə yaxınlaşıb. Yəni ikinci yer uğrunda da mübarizə davam edir. “Neftçi” ilə də iki oyunumuz olduğunu nəzərə alsaq, deyə bilərəm ki, çempionatın qalan hissəsi çox gərgin keçəcək.
- Milli komandamızın Antalya toplanışına dəvət almadın. Bu haqda nə deyə bilərsən?
- Yığmamız Antalyada “Şaxtyor” Donetsklə yoldaşlıq oyunu keçirib. Oyunu izləməsəm də, toplanışda olan futbolçularla danışırıq. Hamı xoş sözlər söyləyir. Robert Prosineçki gənc futbolçulara üstünlük verib. Əslində bu çoxdan olmalı idi, bir az gecikmişik. Gənclər özlərini göstərmək üçün əllərindən gələni edəcəklər. İnanıram ki, bu il olmasa da, gələcəkdə milli komandamız uğur qazanacaq.
- Prosineçkidən dəvət gözləyirsənmi?
- Düzü, bu mövsüm üçün gözləmirəm. Antalyada təlim-məşq toplanışı zamanı zədə aldığımdan 3-cü dövrədən sonra çox oynaya bilmədim. Ona görə də milli komandanın bu toplanışına dəvət almamağım mənə qeyri-adi gəlmədi. Milli çempionatda əsas heyətdə kim oynadısa, onu da yığmaya dəvət etdilər. Sevindirici haldır ki, futbolçuların əksəriyyəti yerlilərdir. Almaniyanın 4-cü liqasında oynayan futbolçular artıq milli komandada olmayacaq. Berti Foqst vaxt var idi heç kimin tanımadığı futbolçuları gətirirdi milliyə. Biz hər oyun oynasaq da, dəvət edilmirdik. Robert Prosineçkini bu cəhətlərinə görə alqışlamalıyıq. Bir az vaxt keçəndən sonra gənclər onun inamını doğruldacaq.
Ergün SEYİD
“Qəbələ” - “Araz-Naxçıvan” matçından - Video
Məğlubiyyətdən sonra baş məqşçi mətbuat konfransına gəlmədi
"Real"ın hədəfinə düşdü
"Tottenhem" ilin ilk qələbəsini qazandı
"Bunu deyə bilmərəm, müqaviləm mövsümün sonunda başa çatır"
"Neftçi"nin baş məşqçisi və hücumçusu derbini buraxacaq
Ramalinqomun dublu, "Sumqayıt"ın qələbəsi - Video
"Barselona" liderliyini möhkəmləndirdi
"Bavariya" 7 qollu matçdan üstün ayrıldı
"Rəhbərliklə danışdıq, gənclərə şans veriləcək" - Saşa İliç
Erkən qeyd edilən çempionluğu 1 qolla əldən verdilər - Video
“Neftçi” - “Qarabağ” oyununun hakimləri açıqlandı
Həm diskvalifikasiya, həm cərimə ilə üzləşdi
“Qəbələ” - “Araz-Naxçıvan”: Heyətlər
"Ayaks"dan gedir
Baş məşqçi: "Ən azından bir salam gözləyirdim"
"Qarabağ" və "Neftçi" birgə bəyanat yaydılar
Mbappe zədələndi
"İmişli" - "Sumqayıt": Heyətlər
"Real" ona qiymət qoydu
“Bütün Azərbaycan o komanda ilə fəxr edəcək” - Rui Jorje
“Neftçi” - “Qarabağ” oyununa 6000 bilet satıldı
Azərbaycanın 4 boksçusu dünya kubokunda yarımfinala yüksəldi
FİFA DÇ-2026-da İranı İtaliya ilə əvəzləcəkmi?
Azərbaycan güləşçisi üçün "qızıl" şansı
“Real” qələbəni belə əldən verdi - Video