"Bir çox klubdan təklif almağıma baxmayaraq, Azərbaycan millisində işləməyi seçdim. Azərbaycanda bacarıqlı, gənc futbolçular var. Qarşıda "Avro-2016"nın seçmə mərhələsində səfərdə Malta ilə oyun gəlir. Bu matça yaxşı hazırlaşıb qalib gəlmək istəyirik".
Qol.Az-ın məlumatına görə, bu sözləri Antalyada təlim-məşq toplanışında olan millimizin baş məşqçisi Robert Prosineçki Türkiyənin "Doğan" xəbər agentliyinə deyib.
O, bir zamanlar Xorvatiya millisində birgə oynadığı və hazırda "Beşiktaş"ı çalışdıran Slaven Biliçlə yaxşı dostluq münasibətlərinin olduğunu bildirib:
"Onunla tez-tez görüşürük. Biliçin çalışdırdığı "Beşiktaş" hazırda yaxşı formadadır. Onun komandası çempionluq uğrunda mübarizə aparır. Biliç güclü məşqçi və yaxşı insandır".
R.Prosineçki Türkiyə millisi haqda da danışıb. Bildirib ki, milli komandanı Fatih Terim kimi təcrübəli məşqçi çalışdırır:
"Türkiyə millisinin Terimlə birgə uğurlar qazanacağına inanıram".
Millimizin baş məşqçisi sabiq klubu "Kayserispor"un Türkiyə birinci liqasında çıxışını da dəyərləndirib:
"Kayserispor"da yaxşı günlərim olub. Oradakı ilk ilimdə uğurlar qazandım. İnanıram ki, onlar yenidən çempion olacaqlar və əsas liqada oynamaq hüququ qazanacaqlar".
“Qəbələ” - “Araz-Naxçıvan” matçından - Video
Məğlubiyyətdən sonra baş məqşçi mətbuat konfransına gəlmədi
"Real"ın hədəfinə düşdü
"Tottenhem" ilin ilk qələbəsini qazandı
"Bunu deyə bilmərəm, müqaviləm mövsümün sonunda başa çatır"
"Neftçi"nin baş məşqçisi və hücumçusu derbini buraxacaq
Ramalinqomun dublu, "Sumqayıt"ın qələbəsi - Video
"Barselona" liderliyini möhkəmləndirdi
"Bavariya" 7 qollu matçdan üstün ayrıldı
"Rəhbərliklə danışdıq, gənclərə şans veriləcək" - Saşa İliç
Erkən qeyd edilən çempionluğu 1 qolla əldən verdilər - Video
“Neftçi” - “Qarabağ” oyununun hakimləri açıqlandı
Həm diskvalifikasiya, həm cərimə ilə üzləşdi
“Qəbələ” - “Araz-Naxçıvan”: Heyətlər
"Ayaks"dan gedir
Baş məşqçi: "Ən azından bir salam gözləyirdim"
"Qarabağ" və "Neftçi" birgə bəyanat yaydılar
Mbappe zədələndi
"İmişli" - "Sumqayıt": Heyətlər
"Real" ona qiymət qoydu
“Bütün Azərbaycan o komanda ilə fəxr edəcək” - Rui Jorje
“Neftçi” - “Qarabağ” oyununa 6000 bilet satıldı
Azərbaycanın 4 boksçusu dünya kubokunda yarımfinala yüksəldi
FİFA DÇ-2026-da İranı İtaliya ilə əvəzləcəkmi?