Tərlan Əhmədov "Neftçi"yə məğlubiyyəti şərh etdi

Tərlan Əhmədov "Neftçi"yə məğlubiyyəti şərh etdi
ÖLKƏ FUTBOLU 24 Fevral 2015 / 17:32 3934
-  A +

"Açığı, komandanı oyuna yaxşı hazırlamışdıq. Zədəlilərimiz var. Valeriy Kutsenkonun yoxluğu hiss olundu. Orta sahədə müəyyən boşluqlar vardı".
 
Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Premyer Liqanın III turundan təxirə salınmış "Neftçi" ilə keçirilən oyundan (0:1) sonra keçirilən mətbuat konfransında deyib. 

T.Əhmədov bu görüşdə bir səhvin həlledici olduğunu bildirib: "Belə oyunlarda adətən 1 səhv həlledici olur. Oyunçularıma təşəkkür etdim. Qarşıda çətin oyunlarımız var. Həmin oyunlara hazırlaşmalıyıq. Hakimin bəzi qərarına reaksiya verdim. Bunu emosiya kimi qəbul etmək lazımdır".

Daha çox


Son xəbərlər