“Mənim rəhbərliyim altında ilk oyunda qələbə qazandıq. Bu, yaxşı haldır".
Bu sözləri Qol.Az-ın Antalyaya ezam olunmuş müxbirinə açıqlamasında 21 yaşadək futbolçulardan ibarət millimizin baş məşqçisi Yaşar Vahabzadə Qazaxıstanın "Atırau" klubu ilə keçirilən yoxlama oyunundan (2:1) sonra deyib.
O, qələbəyə baxmayaraq, komandada çatışmazlıqların olduğunu bildirib:
"Çatışmazlıqlarımız, əsasən qol epizodları ilə bağlıdır. Topu elə sadə vəziyyətdə itiririk ki, öz qapımız qarşısında təhlükə yaranır. İlk yarıda belə epizodlar çox oldu. İkinci hissəyə futbolçular bir qədər arxayın başladılar. Bu da bəzi futbolçuların fiziki hazırlığı yüksək səviyyədə olmamağından irəli gəlir. Buna görə dəyişikliklər etdik, oyunun sürətini, tempini saxladıq və qələbə qazandıq".
Y. Vahabzadə oyun zamanı futbolçulara tez-tez tapşırıqlar verməsinə də toxunub: "Mən o epizodlarda futbolçulara irad bildirirəm ki, oyunçunun fikri topda qalır, arxaya qayıtmağı və zonanı bağlamağı yaddan çıxarır. Elə bilir ki, o, öz zonasındadır. Buna görə irad bildirirdim. Uşaqlar sağ olsunlar ki, verdiyim tapşırıqları yerinə yetirdilər. İlk dəfədir ki, bu heyətlə çıxış edirik. Komandada yeni futbolçular var”.
Təcrübəli mütəxəssis Qana ilə keçiriləcək matç haqda da danışıb. O, əsas yığmamızın düşərgəsində olan bəzi futbolçuların fevralın 25-də baş tutacaq qarşılaşmada meydana çıxacağını deyib:
”Bizim üçün bütün oyunlar ciddi sınaqdır. Çalışacağıq ki, hər matçda əzmkarlıq göstərək. Mən futbolçulardan bunu istəyirəm. Onlar ilk görüşdə bunu bacardılar.
Əsas millinin düşərgəsində olan futbolçularımızın hamısı "Şaxtyor"la oyunun ertəsi günü bizim Qana ilə görüşümüzdə iştirak edə bilərlər. Zədələnməsələr, onlardan istifadə edəcəyik. Həmin futbolçular gəlsələr, heyətdə müəyyən dəyişikliklər olacaq”.
6 qol, 1 qırmızı vərəqə
“Qəbələ” - “Araz-Naxçıvan” matçından - Video
Məğlubiyyətdən sonra baş məqşçi mətbuat konfransına gəlmədi
"Real"ın hədəfinə düşdü
"Tottenhem" ilin ilk qələbəsini qazandı
"Bunu deyə bilmərəm, müqaviləm mövsümün sonunda başa çatır"
"Neftçi"nin baş məşqçisi və hücumçusu derbini buraxacaq
Ramalinqomun dublu, "Sumqayıt"ın qələbəsi - Video
"Barselona" liderliyini möhkəmləndirdi
"Bavariya" 7 qollu matçdan üstün ayrıldı
"Rəhbərliklə danışdıq, gənclərə şans veriləcək" - Saşa İliç
Erkən qeyd edilən çempionluğu 1 qolla əldən verdilər - Video
“Neftçi” - “Qarabağ” oyununun hakimləri açıqlandı
Həm diskvalifikasiya, həm cərimə ilə üzləşdi
“Qəbələ” - “Araz-Naxçıvan”: Heyətlər
"Ayaks"dan gedir
Baş məşqçi: "Ən azından bir salam gözləyirdim"
"Qarabağ" və "Neftçi" birgə bəyanat yaydılar