Türkiyədə təlim-məşq toplanışında olan Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyev Qol.Az-ın Antalyaya ezam olunmuş müxbirinin suallarını cavablandırıb.
- Milli komandadakı ilk toplanışın barədə nə deyə bilərsən?
- Artıq 3 gündür birlikdəyik. Təlim-məşq toplanışı istədiyimiz səviyyədə keçir. Yeni baş məşqçinin rəhbərliyi altında ilk toplanış olduğundan və heyətə yeni oyunçular cəlb edildiyindən komandada əlavə ruh yüksəkliyi hiss olunur. Bütün futbolçular öz üzərlərində daha çox çalışırlar ki, yeni baş məşqçinin gözünə girsinlər. Yəni, əsas heyətə düşmək uğrunda mübarizə gedir. Belə məşqlərlə komandamızın Malta ilə oyuna hazır olacağını düşünürəm.
- Robert Prosineçki məşq vaxtı tez-tez "Bravo, Coşqun!" deyirdi. Necə düşünürsən, bununla baş məşqçi sizə əlavə motivasiya verirdi, yoxsa, sadəcə topla davranışını bəyənib?
- Meydanda məşqə kökləndiyimdən, bunları eşitmirdim. Bəlkə də gənc olduğumdan, mənə əlavə motivasiya verməyə çalışırdı. Bu da mənim üçün sevindirici bir haldır.
- Əvvəllər millimiz müdafiədən oynayırdı. İndi isə Prosineçkidə daha çox hücumameylli oyun düşüncəsinin olduğunu görürük. Hazırkı komanda onun üslubunda oynamağa hazırdır?
- Yeni baş məşqçi öz taktikası ilə birgə gəlib. Bu taktikanı da bizə öyrətməyə çalışır. Komandamız daha çox yeni, Prosineçkinin seçdiyi oyunçulardan ibarətdir. Komandamız baş məşqçinin verdiyi tapşırıqları yerinə yetirməyə hazırdır. Bunun da nəticəsini Malta ilə oyunda görəcəyik.
- Qarşıda Ukrayna "Şaxtyor"u ilə yoldaşlıq görüşü var. Bu matç barədə nə düşünürsən?
- "Şaxtyor" dünyada öz sözünü demiş klublardandır. Bu komanda ilə oynamaq bizim üçün əlavə üstünlük olacaq. "Şaxtyor"la qarşılaşma Malta ilə görüşdən öncə bizim üçün yoxlanış xarakterlidir. Bu, Prosineçkinin rəhbərliyi altında birinci oyunumuz olacaq. Həmin oyun özümüzü yoxlamaq baxımından bizim üçün əhəmiyyətlidir. "Şaxtyor"la qarşılaşmada nəticə önəmli deyil. Hazırda hansı vəziyyətdə olduğumuzu görmək istəyirik.
- Özünü yığmanın əsas heyətində oynamağa nə dərəcədə hazır sayırsan?
- Bunu mənim deməyim düzgün olmazdı. Ən azı ona görə ki, bu barədə
qərarı baş məşqçi verir. Hazıramsa, meydana çıxacağam. Əlbəttə, əsas milliyə dəvət almışamsa, hər bir futbolçu kimi əsas heyətdə meydana çıxmağa hazıram.
Ramiq AĞAMƏMMƏDOV,
Antalya
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
İnfantinoya rəqib gəlir?
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Konfrans Liqasında oyun günü
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar
Misli Premyer Liqasında 11-ci turun hakimləri
1 oyun, 51 nəfər qırmızı vərəqə, dünya rekordu - Video
Həftənin oyunçusu kim olacaq? - 1-i het-trik, 3-ü dubl edib
“Sabah”ın futbolçusu: “Bundan nəticə çıxarmalıyıq”
Avropa Liqasında 17 oyun
“Fənərbaxça”dan “Liverpul”a İstanbul şoku - Video
Yaxşı övlad doğma evinə qayıdar! - Almeyda Bakıdadır
Dambrauskas “Vikinq”ə məğlubiyyətin səbəblərini açıqladı
"Fənərbaxça" "Liverpul"a qalib gəldi, "Real"dan qələbə
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Sabah"da itki - Oyuna davam edə bilmədi
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib