Almaniyanın "Ayntraxt" klubunun və millimizin qapıçısı Emil Balayevin Qol.Az saytına müsahibəsi.
- Hava şəraiti ilə əlaqədar olaraq, millinin düşərgəsinə gec qoşuldun. Bununla bağlı nə deyə bilərsiz?
- Düzdür, bir az yorğunluq var idi. Hava limanında demək olar ki, 1 gün qaldım. Amma komandaya qoşulub, bir məşq keçəndən sonra yorğunluq keçdi. Təlim-məşq toplanışı yaxşı davam edir. Hər şey qaydasındadır. Hal-hazırda toplanışda Andrey Popoviçlə mən iştirak edirik. Kimin qapıda duracağına məşqçilər korpusu qərar verəcək.
- Robert Prosineçkinin ilk toplanışıdır. Xorvatiyalı məşqçi ilə bağlı da fikirlərini bilmək istərdik...
- Bildiyiniz kimi, Prosineçki yaxşı mütəxəssislərdən biri sayılır. Gördüyüm qədərilə komandada əhval-ruhiyyə də əladır. Prosineçki yaxşı məşqlər keçir. İnanıram ki, gələcəkdə onun rəhbərliyi altında uğur qazana biləcəyik.
- Alman dilini öyrənməyə başlamısızmı?
-Fevralın əvvəlindən alman dərsləri başlayıb. Sadəcə, hələ cəmi 1 dəfə dərsə getmişəm. Həftədə ya 1, ya da 2 dəfə dərslər olur. Deməzdim ki, alman dilini artıq bilirəm. İngilis dilini bildiyimdən, hələlik "Ayntraxt"da bu dildə ünsiyyət qururam. İnşallah, alman dilini də öyrənəcəm.
-Almaniyadakı qapıçı məşqləri ilə millidəki məşqlər arasında nə kimi fərqlər var?
- Millidə də yaxşı məşqlər keçilir. Faiq Əzizov da güclü məşqçidir. Onun məşqləri alman məşqçilərin hazırlıq prosesindən böyük ölçüdə seçilmir. Millinin məşqləri də yüksək tempdə keçir.
- Millidə qapıçılar arasında böyük rəqabət var. "Ayntraxt"da oyun praktikasından əziyyət çəkməyiniz yığmadakı karyeranıza mənfi təsir edə bilərmi?
- Futbolçunun işi məşqdə özünü hərtərəfli göstərməkdir. Mən həm "Ayntraxt"da, həm də yığmada bunun üçün çalışıram. Son qərarı isə baş məşqçi verir. Əlimdən gələni edəcəm ki, hər iki komandada əsas qapıçı olum.
- Qapıçı üçün oyun praktikası böyük rol oynayır. Yəqin bununla razılaşarsız...
- Razıyam. Biz sadəcə olaraq, öz işimizi görməliyik. Nə bacarırıqsa, hamısını məşqlərdə göstərməliyik.
- Ehtimal varmı ki, "Ayntraxt"ın əsas qapıçısına çevriləsiz?
- Orda şərait elədi ki, 2 qapıçı ilə - Kevin Trapp və Feliks Vidvaldla rəqabət aparıram. Hər ikisinin 25 yaşı var. Vilvaldın yayda komandanı tərk edəcəyi gözlənilir. Trapp isə 2019-cu ilə qədər müqaviləsinin müddətini artırıb. Ola bilsin, komandada ikimiz qalaq. Mən də məşqlərimi edirəm. Çalışıb, əlimdən gələni edəcəm ki, əsas heyətə düşüm.
- "Ayntraxt"ın məşqləri korpusunun sizə inamı varmı?
- Bəli, var. Mənə orda gənc oyunçu kimik böyük ümidlə baxırlar. 20 yaşım var. Məndən çox şey gözləyirlər, etimad göstərirlər. Mən də həmin etimadı doğrultmalıyam.
- Bu toplanış FİFA-nın "pəncərəsi"nə düşmədiyindən, legioner həyatı yaşayan digər futbolçular milliyə qoşulmadılar. Siz bu sarıdan klubunuzla problem yaşamadız ki?
- Xeyr. Sadəcə belə şərt irəli sürdülər ki, əgər ikinci qapıçı zədələnsə, mən dərhal "Ayntraxt"ın düşərgəsinə qayıtmalı olacam. Bu barədə AFFA-ya məlumat verdilər. Toplanış FİFA-nın "pəncərəsi"nə düşmədiyi üçün bu cür şərt irəli sürdülər.
Ramiq AĞAMƏMMƏDOV, Antalya
"O, döyüşçü xarakterli oyunçudur"
Flikdən "Barselona"da 100-cü oyun
Haaland start heyətdə yer almadı
Yamal ilk her-trikini etdi, rekorda imza atdı
"Liverpul" 7 qollu matçda qalib gəldi
"Nyukasl"dan səfər məğlubiyyəti
Qubada baş tutmalı olan matçın yeri dəyişdirildi
Qəbələdə vurulan 2 qol - Video
Vaxt itkisinə yol verən komanda azlıqda qalacaq - Yeni qayda
"Bu gün bəxt bizdən üz döndərmişdi" - Kaxaber Sxadadze
"Beşiktaş"dan derbi öncəsi minimal hesablı qələbə
"Heç bir məşqçi belə tapşırıq verməz" - Fizuli Məmmədov
Azərbaycan cüdoçusu Özbəkistanda çempion oldu
VAR artıq ikinci sarı vərəqələrə də müdaxilə edəcək
Şamaxıda və Qəbələdə heç-heçə
Reşford "Barselona"da maaşının azaldılmasına razılaşdı
"Qəbələ"nin futbolçusu mükafatlandırıldı
Dramatik oyunda vurulan 4 qol - Video
"Sanki bizim irəli getməyimizi istəmirlər" - Yuri Vernidub
"Çelsi" ulduz futbolçuları ilə sağollaşmalı olmayacaq
"Neftçi"də itki
"Qəbələ" - "Karvan-Yevlax": Heyətlər
ABŞ klubu ilə müqavilə bağlasa da, “Qarabağ”da məşq edir
İsraildə oyunlar təxirə salındı
Azərbaycan cüdoçusu “Böyük Dəbilqə”nin finalında
“Şamaxı” - “Neftçi”: Heyətlər
“Mançester Siti”nin Vinisius Junior planı
Messi Ağ Evdə Trampla görüşəcək
Qəbələ şəhər stadionu qardan təmizlənir - Video
Hidayət Heydərov cəzalandırıldı - Yarışa qatılmayacaq
“Turnir cədvəlinə fikir vermirik” - Rüfət Abdullazadə
"Atletiko"nun direktoru: "Qrizmannın bizimlə daha 2 ili var"
“Ümid edirəm ki, UEFA Türkiyədə oynamağımıza icazə verər”
Klopp “Real”ın qarşısına şərtlər qoydu
Azərbaycan basketbol millisi səfərdə qələbə qazandı
Cəlal Hüseynov oynadı, komandası qalib gəldi
Gecə-gecə Qəbələ stadionunu qar örtdü - Video
“Trabzonspor” və “Başakşehir”dən qələbə
“Heç vaxt təslim olmayan “Barselona” görmək istəyirəm”
"Zirə" "Araz-Naxçıvan"ı belə məğlub etdi - Video
"Bütün baş verənlər bizim səhvlərimizin nəticəsi idi"
"Zirə" "Araz-Naxçıvan"a, "Kəpəz" "Sumqayıt"a qalib gəldi
Kamilo Durandan “Qarabağ”a xoş müjdə