Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov 16 yaşadək futbolçulardan ibarət millimizin İsveçrənin "Benfika" klubunun U-17 komandası ilə Antalyada keçirdiyi yoxlama oyunundan (9:0) sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.Az-ın xəbərinə görə, o, U-16 komandası və digər məsələlərlə bağlı fikirlərini bildirib.
- Komandamızın çıxışı haqda fikirlərinizi bilmək istərdik.
- Bu komandamızın oyun və məşq sistemi xoşuma gəldi. Cinahı boşaltmaq, ortada təktoxunuşla oynamaq yaxşıdır. Bunları 16 yaşlı uşaqlara həmişə demək lazımdır. Məşqçilər də bu mövzuda işləyirlər. Məni əsas oyun və oyunçunun futbol savadı maraqlandırır. Fikir verin, son illərdə texnika və taktikadan geri qalmışıq. Deyirlər ki, Qafqaz futbolu texnikalı olur. Amma bizdə ondan əsər əlamət qalmayıb. Onu geri qaytarmaq lazımdır. Ağıl oldu çox işləri həll etmək olar. Bu uşaqları fərdi planla klub məşqçilərinə vermək və davamını gətirmək lazımdır.
- U-16-nın heyətində bəyəndiyiniz futbolçu oldu?
-Ad çəkmək istəmirəm. Biri var həvəs, biri də var öz üzərində işləyib peşəkar olmaq. Bu uşaqlar 2-3 ildən sonra xaricə getməlidirlər. İndidən bunu qarşılarına məqsəd qoymalıdırlar. Bununla biz nəsə əldə edə bilərik.
- Nə etmək olar ki, bu uşaqların bəziləri çempionat oyunlarında iştirak etsinlər? Onların Premyer Liqada oynaması bir az çətin görünür.
- Bilirsiniz, burada klublardan 2,3,4,5 oyunçu var. Mən onların səviyyəsini görmüşəm. Hər biri klublarının liderləridir. Ancaq bu uşaqlar həftədə iki-üç oyun keçirirlər. U-16-da, U-17-də və U-19-larla da oynayırlar. Bu, düzgün deyil axı. Uşaq bir komandada oynamalıdır. Ümumiyyətlə, bu uşaqlar üçün illik oyun 40-45 olmalıdır. Bizdə yüksək liqadan tutmuş aşağıya qədər komandaların oyunu 35-40-a çıxır. Bu, heç nədir. Minumum 50 oyun olmalıdır.
- Futbolçuların fiziki durumları necədir?
- Baş məşqçi Təbriz Həsənovun ağıllı testləri var. Bu uşaqlar bir ay öncə fiziki hazırlıqla bağlı test veriblər. Sonra həmin testin nəticələri yazıldı və futbolçuların üzvü olduqları klublara verildi. Yenə bu test keçiriləcək. Onda sonra bəlli olacaq ki, onlar son bir ay ərzində nə qazanıblar, nə itiriblər. İnkişaf etmək üçün çoxlu oynamaq, hər ay turnirə getmək lazımdır. U-17-nin Bakıdakı iki oyunu o uşaqlara çox şey verdi. Onlar da harda zəif cəhətlərinin olduğunu bilməli, onun üzərində işləməlidilər.
- Sizcə, bu futbolçuların bəzilərini əsas komandalara cəlb etməyin vaxtı deyilmi?
- Bilirsiniz, onların 16 yaşı var və bəziləri əvəzedici heyətdə oynayır. Təbriz müəllim deyə bilməz ki, bu uşağı əsas heyətə götür. Klubun işinə heç kim qarışa bilməz.
- Əsas komandalar ehtiyat edirlər. Məşçilər Komitəsi olaraq I divizion klublarından tələb edə bilərsinizmi bu futbolçuları oynatsınlar?
- I divizionla bağlı bir layihə vermişik. İstəyirik ki, I divizonu Premyer Liqa ilə birləşdirək. Belə olarsa, çempionatda gərginlik artacaq. Biz I divizion klublarının baş məşqçiləri ilə görüşdük. Soruşduq ki, 2 il ərzində I diviziondan hansısa futbolçu Premyer Liqaya gedibmi? "Yox" dedilər. Onda I divizion nədən ötrüdür? Hər halda bu məsələyə federasiya rəhbərliyi qərar verəcək, biz sadəcə olaraq, tövsiyə etmişik.
Ramiq AĞAMƏMMƏDOV,
Antalya
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
İnfantinoya rəqib gəlir?
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Konfrans Liqasında oyun günü
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar
Misli Premyer Liqasında 11-ci turun hakimləri
1 oyun, 51 nəfər qırmızı vərəqə, dünya rekordu - Video
Həftənin oyunçusu kim olacaq? - 1-i het-trik, 3-ü dubl edib
“Sabah”ın futbolçusu: “Bundan nəticə çıxarmalıyıq”
Avropa Liqasında 17 oyun
“Fənərbaxça”dan “Liverpul”a İstanbul şoku - Video
Yaxşı övlad doğma evinə qayıdar! - Almeyda Bakıdadır
Dambrauskas “Vikinq”ə məğlubiyyətin səbəblərini açıqladı
"Fənərbaxça" "Liverpul"a qalib gəldi, "Real"dan qələbə
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Sabah"da itki - Oyuna davam edə bilmədi
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib