"Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl jurnalistlərin suallarını cavablandırıb.
Qol.Az-ın məlumatına görə, müsahibədə əsas müzakirə mövzusu UEFA-nın "Qarabağ"ın apellyasiya şikayəti ilə bağlı verdiyi son qərar olub.
- UEFA "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinin son turunda "İnter"lə keçirdiyi oyunla (0:0) bağlı apellyasiya şikayətini rədd etdi. UEFA-nın bu qərarı ilə bağlı münasibətinizi öyrənmək istərdik...
- Bizim əsas məqsədimiz Avropa Liqasının qrup mərhələsində İtaliya “İnter” ilə Bakıdakı oyun zamanı hakim qərarının yanlış olmasının qeydə alınması və qələbənin bizə verilməsi idi. Təəssüflər olsun ki, onlar bu istəyimizə heç baxmadılar. Müraciətimizi rədd etdilər və səbəbini də yazmadılar. Amma biz yenidən müraciət edincə, onlar bunu özlərində qeyd etdilər. Mənim üçün sevindirici haldı ki, sonradan həmin epizod futbol tarixində hakimin bir səhvi kimi qeydə alındı. Rəsmi olmasa da, tarixə "Qarabağ"ın zəfəri kimi yazıldı. Bu, xoş xəbərdir. Ancaq qayda pozuntusu verməmələri yenə üzücü və narahatedicidir. Açıq-aşkar səhv idi. O zaman hakim xətası kimi sayıla bilər ki, o, doğrudan da həmin epizodu görməsin. Hesab edirik ki, qərar bizi tam qane etməsə də, nəyəsə nail olduq. UEFA bizə dedi ki, siz haqlısınız, amma artıq gecdir. Bir yerdə haqqımızı versələr də, istəyimizə tam nail ola bilmədik. Bir tərəfdən sevinir, digər tərəfdən isə haqqımızın pozulduğunu düşünürük. FİFA-ya şikayət edə bilərik. Ancaq UEFA ilə münasibətimizi o səviyyəyə çəkmək istəmirik. Məncə, burada dayanmalıyıq.
- “Qarabağ”ın az da olsa, istəyinə çatdığını söyləmək olar?
- İstəyimiz tam başqa idi. Prezident İlham Əliyev də bizi qəbul edən zaman hakimin cəzalandırılmalı olduğunu deyib. Hamımız ürəyimizdə bunu istəyirdik. Mən də çıxışlarımda bunu bəyan etdim. Müəyyən mənada, istəyimizə nail olduq. Hakimi cəzalandırmaları o deməkdir ki, "Qarabağ" "İnter"i 1:0 hesabı ilə məğlub etdi.
- Bu məsələnin siyasi tərəfi də var. Qarabağ məsələsinə münasibətdə bizə yenə haqsızlıq olduğunu demək olarmı?
- Hakimin qərarı elə bir səhv idi ki, bu, bizi razı sala bilməz. Bu cür açıq-aşkar qolu necə görməmək olar? Buna görə də, qərar məni tam qane etmir. Bariz qolun verilməməsi sual doğurur. Belə hallar olmamalıdır. "Qarabağ"ın haqqının pozulduğunu deyənlərlə razıyam.
- "Qarabağ"ın mərhələ keçməməsi klubu daha çox tanıtdırdı. Haqsızlığa uğraması bir növ "Qarabağ"ın xeyrinə olmadımı?
- Bəli, elə oldu. Dünyada "Qarabağ"ın adı hallandı və bu oyundakı hadisələr tarixdə qalacaq. Hər kəs bizi dəstəklədi. Rusiya, Ukrayna, Türkiyə, hətta İtaliyanın özü bizə dəstək oldu. Ermənistanın özündə də Azərbaycanın "Qarabağ" klubunun haqsızlığa uğradığını dedilər. Haqsızlığa uğrasaq da, şəxsən mənim gördüyüm məhəbbət, insanların diqqəti, prezidentin bizə qayğısı xoş oldu. "Qarabağ" yenə bacardı, mənəvi cəhətdən hamı birləşdi. Hədəfimiz "Qarabağ"ı tanıtdırmaq idi ki, buna da nail olduq. Həm oynadığımız gözəl oyunlarımızla, həm də qazandığımız uğurlarla biz bu sevgiyə layiq idik.
- UEFA nümayəndələri ilə bir neçə dəfə görüşdünüz. Növbəti mövsümlərdə "Qarabağ"a qarşı məsuliyyətli olacaqları ilə bağlı sizə söz verdilərmi?
- Birinci qərarlarını qəbul etmədik, sona qədər bu işin arxasınca düşdük. Etirazlarımızı bildirdik. UEFA nümayəndələri ilə görüşlərim zamanı onlar çox maraqlı məqama diqqətimi çəkdilər. Dedilər ki, UEFA üçün hakimlik məsələsinin peşəkarlığı çox vacibdir. Bu məsələdə UEFA çox diqqətlidir. Bu, onlar üçün də sarsıntı oldu. Əgər UEFA-nın əsl hədəfi ədalətli oyunlar keçirməkdisə, daha diqqətli olacaqlar. Çünki onlar üçün bu, bir fiasko idi. Onlar da gördülər ki, biz haqqımızdan keçən deyilik. "Qarabağ"a qarşı edilmiş haqsızlıq UEFA-da da boşluqların olduğunu sübut etdi.
- "Neftçi" rəhbərliyi "Qarabağ"la oyundan öncə hakimliklə bağlı narazılığını bildirdi. Onlar hakimin qərəzli olmasından şübhələnirdilər, ya necə?
- "Qarabağ"ın bu məsələdə mövqeyi çox aydın idi. Biz bildirdik ki, əgər siz hakimliyə etiraz edirsinizsə, bizim üçün problem yoxdur, hakimi dəyişdirə bilərik.
- Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov “Qarabağ”ın bu müraciətinizi bir növ publikaya hesablanmış addım kimi dəyərləndirdi...
- Bu, onun şəxsi fikridir. Bizim mövqeyimiz belədir ki, rəqibin etirazı varsa, biz hakimin dəyişdirilməsinə etiraz etmirik. Əslində, çox sadə yanaşma idi. Biz özümüzə arxayınıq.
- Azarkeşlər daha güclü "Qarabağ" görmək istəyirlər. Ancaq qış fasiləsində yeni transferlər olmadı...
- Transfer olmaması tamamilə Qurban Qurbanovun siyasəti idi. Biz də klub olaraq baş məşqçimizə dəstək verdik. Qurban Qurbanov iki futbolçunu baxışdan keçirdi, amma razılaşa bilmədilər. Bu, tamamilə texniki məsələdir. Biz heç vaxt məşqçilərə etiraz, onların peşəkar gedişlərinə müdaxilə etmirik. Bizim işimiz komandada ruh yüksəkliyi yaratmaq, məşqçilər korpusunun istəyini cavablandırmaqdır. Qurban Qurbanovdan elə bir istək gəlməyib. Gəlsəydi, müsbət cavab verərdik. Mən də ona dedim ki, bir-iki oyunçu alsaydıq, daha yaxşı olardı. Dedi ki, istədiyim oyunçunu tapa bilmədim.
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
İnfantinoya rəqib gəlir?
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Konfrans Liqasında oyun günü
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar
Misli Premyer Liqasında 11-ci turun hakimləri
1 oyun, 51 nəfər qırmızı vərəqə, dünya rekordu - Video
Həftənin oyunçusu kim olacaq? - 1-i het-trik, 3-ü dubl edib
“Sabah”ın futbolçusu: “Bundan nəticə çıxarmalıyıq”
Avropa Liqasında 17 oyun
“Fənərbaxça”dan “Liverpul”a İstanbul şoku - Video
Yaxşı övlad doğma evinə qayıdar! - Almeyda Bakıdadır
Dambrauskas “Vikinq”ə məğlubiyyətin səbəblərini açıqladı
"Fənərbaxça" "Liverpul"a qalib gəldi, "Real"dan qələbə
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Sabah"da itki - Oyuna davam edə bilmədi
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib