“Qarabağ”ın kapitanı Rəşad Sadıqov Premyer Liqamızın 23-cü turunda “Neftçi” üzərində qazandıqları qələbədən (1:0) sonra Qol.Az saytının suallarını cavablandırıb.
- Maraqlı qarşılaşma olsa da, azarkeşlər qolu çox gözlədilər...
- Bu futboldur. Bəzən çox çalışsaq da, qol vura bilmirik. Futbolun gözəlliyi də elə bundadır.
- Səncə, Aqil Məmmədov çox yaxşı oynadı, yoxsa “Qarabağ”ın hücum xətti zəif çıxış etdi?
- Aqil Məmmədov həqiqətən çox gözəl oyun sərgilədi. Ümumiyyətlə, hər iki komanda çox maraqlı oyun göstərdi. “Neftçi” də qələbə qazanmağa çalışdı, biz də. Əsl derbiyə layiq oyun oldu. Ən əsası da, fair-pley qaydalarına riayət edildi.
- Oyundan öncə FİFA referisi Əliyar Ağayevin bu qarşılaşmaya təyinatı ilə bağlı narazılıqlar var idi. Səncə, baş hakim işinin öhdəsindən gələ bildimi?
- Biz hər zaman çalışmışıq ki, hakimlər haqqında danışmayaq. Yalnız bir dəfə Avropa Liqasında "İnter"lə oyundakı haqsızlıq barədə susmadıq. Bu məsələ də bütün Azərbaycanda müzakirə edildi. "Neftçi" ilə oyunda da hakimin idarəçiliyi ilə bağlı lazımi şəxslər açıqlama verəcək.
- Meydandan kənarda yaranan söz-söhbətlər sizdə mənfi əhval-ruhiyyə oyatmır?
- Azərbaycanın iki ən böyük klubu qarşılaşırdı. Buna görə də bütün söz-söhbətləri normal qarşılayırıq və ciddi problem görmürük. “Neftçi” ilə “Qarabağ” arasında dostluq münasibətləri var. Biz də çalışırıq ki, belə şeylərə fikir verməyək. Mübarizə meydanda aparılmalı və hər şey orada həll olunmalıdır.
- "Neftçi"yə qalib gəlməklə turnir cədvəlində ən yaxın izləyiciniz "İnter"i 9 xal qabaqladınız. Bu fərq sizdə arxayınçılıq yaratmacaq ki?
- Çalışmalıyıq ki, arxayınçılıq yaranmasın. Çünki Azərbaycan Premyer Liqası çox çətin çempionatdır və ciddi rəqiblərimiz var. Motivasiyanı itirdiyimiz anda cəzalanarıq. Rəqiblərimiz ardıcıl qələbələr qazanıb, bizi çətin vəziyyətə sala bilərlər. Ötən mövsüm də 13 xallıq fərq var idi. Lakin sona 3 tur qalmış fərq 6 xala endi və çox çətin duruma düşdük. Bu, futboldur. Nə baş verəcəyini bilmək olmaz.
- Bu günlərdə milli komandanın yeni heyəti açıqlandı. Yığmada sürpriz ada rast gəlmədin?
- Hər birimiz Robert Prosineçkidən dəyişikliklər gözləyirdik. O, bütün oyunları izləyib və hər bir futbolçunu diqqətdə saxlayıb. Hansı futbolçular özünü yaxşı tərəfdən göstəribsə, bu gün milli komandanın heyətində adı var.
Ergün SEYİD
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
İnfantinoya rəqib gəlir?
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Konfrans Liqasında oyun günü
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar
Misli Premyer Liqasında 11-ci turun hakimləri
1 oyun, 51 nəfər qırmızı vərəqə, dünya rekordu - Video
Həftənin oyunçusu kim olacaq? - 1-i het-trik, 3-ü dubl edib
“Sabah”ın futbolçusu: “Bundan nəticə çıxarmalıyıq”
Avropa Liqasında 17 oyun
“Fənərbaxça”dan “Liverpul”a İstanbul şoku - Video
Yaxşı övlad doğma evinə qayıdar! - Almeyda Bakıdadır
Dambrauskas “Vikinq”ə məğlubiyyətin səbəblərini açıqladı
"Fənərbaxça" "Liverpul"a qalib gəldi, "Real"dan qələbə
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Sabah"da itki - Oyuna davam edə bilmədi
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib