“Bu, “Qarabağ”ın çempion olacağı demək deyil”

“Bu, “Qarabağ”ın çempion olacağı demək deyil”
ÖLKƏ FUTBOLU 16 Fevral 2015 / 00:01 5635
-  A +

“Açıq oyun getdi. Səfərə qələbə üçün gəlmişdik. Çox vacib üç xal qazandıq”.

Bu sözləri Qol.Az-a açıqlamasında “Neftçi”nin kapitanı Flavinyo “Qəbələ”yə qalib gəldikləri oyundan (3:1) sonra deyib.

Braziliyalı yarımmüdafiəçi növbəti turda “Qarabağ”la qarşılaşacaqları oyun haqda da danışıb: “Bu oyunda mütləq qalib gəlməliyik. Düzdür, aramızda 10 xal fərq var. Ancaq  buna görə  komandamızda təzyiq olmamalıdır.

Flavinyo hələ də çempionluq şanslarının qaldığını bildirib: “Biz çempionluq şansımızın böyük hissəsini AZAL-la oyunda itirdik. Amma bizim “Qarabag”la aramızda 10 xal fərq olmağı onların çempion olacaqları demək deyil. Bizdən başqa “İnter” də çempionluğa iddialıdır.  Ola bilməz ki, “Qarabag” qarşıdakı oyunlarda xal itirməsin”.

Daha çox


Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu

02.05.24  20:40

Avro-2024-ü buraxacaq