"Neftçi" klubunun müdafiəçisi Elvin Yunuszadə Premyer Liqamızın 21-ci turunda "Xəzər Lənkəran"a qalib gəldikləri oyundan (2:0) sonra Qol.Az saytına müsahibə verib
- Qələbə qazandığınız matç haqda fikirlərini bilmək istərdik.
- Ardıcıl üç tur idi ki, qalib gələ bilmirdik. Sanki bəxt bizdən üz döndərmişdi. Xeyli qol imkanımız olsa da, istifadə edə bilmirdik. Əsas odur ki, tilsimi qırdıq. Oyuna yaxşı başlamasaq da, ikinci hissədə nəzarəti ələ aldıq. Çox vacib qələbə qazandıq. İnanıram ki, bu qələbə gələn oyunlara da öz təsirini göstərəcək.
- Bu görüşün digərlərindən fərqi nə oldu ki, qalib gəldiniz?
- Hər bir komandanın özünəmxsus oyun sistemi var. Hər zaman "Xəzər Lənkəran"la "Neftçi" arasında açıq oyun gedib. Düşünürdük ki, rəqibimiz "Xəzər Lənkəran"dır. İstər-istəməz bu komandaya qarşı oyunlarda hər bir futbolçumuz əlindən gələni edir ki, qələbə qazanaq.
- Yəni bu oyuna daha yaxşı motivasiya olmuşduz?
- Deməzdim ki, digər görüşlərə yaxşı motivasiya olmuruq. Ancaq bu oyun sözsüz ki, digərlərindən fərqlənir. Elə "böyük oyun" adı hər şeydən xəbər verir.
- Səncə, bu gün (dünən-red.) "böyük oyun"dan əsər-əlamət var idi?
- Düşünmürəm ki, görüş maraqsız keçdi. Qarşılıqlı hücumlar şəraitində bir oyun oldu. Hazırkı durumda bizim üçün qələbə hər şeydən vacibdir. Çünki ardıcıl bir neçə turda qalib gəlməyəndə üzərimizdə təzyiq hiss edirik. Bu təzyiq nə rəhbərlik, nə də məşqçilər korpusu tərəfindən olur. Sadəcə, özümüz sıxılırıq. Çox xal itirdik. Bu qələbə həm turnir cədvəlindəki yerimizi qorumaq baxımından əhəmiyyətli oldu, həm də psixoloji durumumuza müsbət təsir etdi.
- Növbəti turda səfərdə "Qəbələ" ilə qarşılaşacaqsınız. Bu görüşdə hansı nəticəyə ümid edirsən?
- "Qəbələ" də hazırda yaxşı günlərini yaşamır. Ardıcıl iki oyundur ki, məğlub olurlar. Onlara da qələbə hava və su kimi lazımdır. Qəbələyə səfərimizdə bunu düşünəcəyik. İnanıram ki, "Qəbələ"yə qalib gələcəyik. Çünki komandamız yaxşı formadadır. Güclü heyətimiz var. Bizə bir qələbə lazım idi ki, onu da qazandıq.
- Lider "Qarabağ"dan 10 xal geridə olmaq, ümumiyyətlə, üçüncü pillədən yuxarı qalxa bilməməyiniz komandaya necə təsir edir?
- "Neftçi"nin yeri hər zaman ilk pillə olub. Heç kimin haqqını tapdalamaq istəmirəm. Bu gün ilk pillələrdə olan komandalar bu yerə layiqdirlər. Ancaq biz də birinci olmaq istəyirik. Bunu çox yaşamışıq. Yaxşı bilirik ki, lider olmaq nə deməkdir.
- "Qarabağ"ın çempionluğa real namizəd olduğunu deyirlər. Bu fikirlər sizi qıcıqlandırmır ki?
- İlk pillədə olan komanda bu yerə layiq olmasa, yerini quruyub saxlayaq bilməz. Biz deyilənlərə fikir vermirik. Əksinə, bu fikirlər oyunlara daha yaxşı motivasiya olmağımıza kömək etməldir. İlk pilləyə qalxmaq lazımır. Bunu sözlə yox, oyunumuzla etməliyik.
Ramiq AĞAMƏMMƏDOV
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
İnfantinoya rəqib gəlir?
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Konfrans Liqasında oyun günü
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar
Misli Premyer Liqasında 11-ci turun hakimləri
1 oyun, 51 nəfər qırmızı vərəqə, dünya rekordu - Video
Həftənin oyunçusu kim olacaq? - 1-i het-trik, 3-ü dubl edib
“Sabah”ın futbolçusu: “Bundan nəticə çıxarmalıyıq”
Avropa Liqasında 17 oyun
“Fənərbaxça”dan “Liverpul”a İstanbul şoku - Video
Yaxşı övlad doğma evinə qayıdar! - Almeyda Bakıdadır
Dambrauskas “Vikinq”ə məğlubiyyətin səbəblərini açıqladı
"Fənərbaxça" "Liverpul"a qalib gəldi, "Real"dan qələbə
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Sabah"da itki - Oyuna davam edə bilmədi
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib