"Azarkeşlərin azlığı oyunumuza mənfi təsir etdi” - Kanales

"Azarkeşlərin azlığı oyunumuza mənfi təsir etdi” - Kanales
ÖLKƏ FUTBOLU 12 Fevral 2015 / 00:30 3316
-  A +

“Komandamızın çıxışından razıyam. Bu  oyun Azərbaycan çempionatının “El-klassiko”su  idi. Bu derbidə qələbə qazanan biz olduq. Ancaq “El-klassiko”da  azarkeş çox olmalıdır.  Azarkeşlərin azlığı bizə mənfi təsir etdi”.

Bu sözləri Qol.Az-a açıqlamasında “Neftçi” klubunun futbolçusu Nikolas Kanales “Xəzər Lənkəran”a qalib gəldikləri oyundan (2:0) sonra deyib.
Çilili hücumçu komandasının son vaxtlar uğursuz çıxış etməsinə toxunub:  

“Bundan əvvəlki oyunlarda da pis təsir bağışlamırdıq. Komandaya sadəcə bir qol lazım idi. Bu gün bunu bacardıq. Bundan sonra hərşeyin daha yaxşı olacağına inanıram”.

Təcrübəli futbolçu növbəti turda “Qəbələ” ilə qarşılaşacaqları oyun haqda da danışıb: “Qəbələ” ilə oyun həmişə bizə çətin olur. “Qəbələ” öz meydanında yaxşı oyun çıxış edir. Sıx qrafiklə oynayırıq. Dincəlmək üçün vaxtımız az olur. “Qəbələ” ilə matça maksimum hazırlıqlı omalıyıq". 

Daha çox


Son xəbərlər