"Uduzmalı idik, sadəcə bəxtimiz gətirdi"

"Uduzmalı idik, sadəcə bəxtimiz gətirdi"
ÖLKƏ FUTBOLU 11 Fevral 2015 / 18:02 4815
-  A +

"Oyundan çox narazıyam. Bəzi oyunçulardan ümumiyyətlə narazı qaldım. Biz uduzmalı idik, sadəcə, bəxtimiz gətirdi".

Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Aqil Məmmədov Premyer Liqanın 21-ci turunda bərabərə qaldıqları "Bakı" ilə oyundan sonra (0:0) keçirilən mətbuat konfransında deyib. 

Bu görüşdə komandasının zəif təsir bağışladığını deyən təcrübəli mütəxəssis futbolçularla ciddi söhbət edəcəklərini bildirib: 

"Bakı"nı isə sərgilədiyi oyuna görə təbrik edirəm. Müdafiəçilər və qapıçıdan başqa bütün oyunçular dəyişilməli idi. Çox sayda oyunçumuz zəif təsir bağışladı. Yeni oyunçuların heyətə cəlb olunmasını mən də istəyərəm. Amma bunun üçün imkanların olması vacibdir. Hazırkı heyət üzvləri ilə ciddi söhbət mütləq olmalıdır".

Daha çox


Son xəbərlər