"AZAL bizə çətinlik yaratdı" - Qurban Qurbanov

"AZAL bizə çətinlik yaratdı" - Qurban Qurbanov
ÖLKƏ FUTBOLU 11 Fevral 2015 / 17:48 4856
-  A +

“Bu gün canlı şahidi olduq ki, AZAL son iki oyunda təsadüfdən qələbə qazanmayıb. AZAL çox döyüşkən komandadır və bizə çətinlik yaratdı".
 
Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 21-ci turunda qalib gəldikləri AZAL-la oyundan sonra (1:0) keçirilən mətbuat konfransında deyib.

Q.Qurbanov komandasının çox vacib 3 xal qazandığını bildirib: "Deyərdim ki, çox vacib 3 xal qazandıq. Əgər bir xal qazansaydıq belə, bundan razı qalacaqdım. Tərlan yaxşı komanda formalaşdırıb. Çox arzulayıram ki, AZAL ən azından avrokuboklarda iştirak etsin”.

Daha çox


Son xəbərlər