"Simurq"un futbolçusu Draqan Çeran Azərbaycan Premyer Liqasının 21-ci turunda "Qəbələ"yə qalib gəldikləri matçdan (2:0) sonra fikirlərini bildirib.
O, Qol.Az-a açıqlamasında oyunun çox çətin keçdiyini deyib. D.Çeran bildirib ki, çempionatda üçüncü yer uğrunda mübarizə aparırlar:
"Həqiqətən də bu gün çox çətin oyun oldu. Biz üçüncü yer uğrunda mübarizə aparırıq və bu yolda çox vacib üç xalı qazandıq. Əgər sabah "Neftçi" xal itirsə, üçüncü pillədəki yerimizi qoruyacağıq. Avropa Liqasında getmək üçün çox gözəl şansımız var".
"Qəbələ"yə qarşı matçda iki qol vuran D.Çeran daha bir dəfə fərqlənəcəyi təqdirdə, bombardir Nurlan Novruzova çatacaqdı. Ancaq o, bunu bacarmayıb.
Serbiyalı hücumçu N.Novruzova çata bilmədiyi üçün üzülmədiyini söyləyib:
"Əsas məqsədimiz qarşıdakı oyunlara yaxşı hazırlaşmaqdır. Bombardir olmağı çox istəyərdim, amma mənim üçün vacib olan komandamın qələbə qazanmasıdır".
D.Çeran çempionatın növbəti turunda "Qarabağ"la qarşılaşacaqları matç barədə də fikirlərini bildirib:
"Son üç turda ölkə çempionatının güclü klublarından xal almışıq. Çox istərdik ki, "Qarabağ"la oyundan da xalla ayrılaq. Bunun üçün əlimizdən gələn hər şeyi edəcəyik"
2-ci liqada daha 2 oyun
Milli çempionatların oyunları xaricdə keçirilə bilər
Məhsuldar ötürmələri ilə rekorda imza atdı
"Qarabağ" derbidə belə qalib gəldi - Video
Daha 2 güləşçimiz Avropa çempionu oldu
İngiltərə Kubokunun finalçıları bəlli oldu
Azərbaycan derbisində qalib yenə “Qarabağ” oldu
"Qalatasaray" - "Fənərbaxça" matçının heyətləri açıqlandı
Azərbaycan boksçusu Dünya kubokunda qızıl medal qazandı
Rəqibin saçını dartan futbolçu cəzalandırılmadı - Şəkil
"Şamaxı"nın qələbəsindən - Video
6 qol, 1 qırmızı vərəqə
"Pley-off haqda düşünmək istəmirəm" - Azər Bağırov
"Bəzən futbolumuzu şouya çevirmək istəyirik" - Ayxan Abbasov
"Real" La Liqanı məhkəməyə verdi
“Qarabağ”lı futbolçunun atası vəfat edib
Səfər qollarına görə rekorda imza atdılar
"Neftçi" - "Qarabağ": Heyətlər
"İnter" aşağı liqaya düşə bilər
Premyer Liqa klublarının hədəfinə düşdü
Yamal bu göstəricidə Ronaldonu geridə qoydu
“Hələ də inana bilmirəm ki, çempion olmuşam"
"Şamaxı" - "Kəpəz": Heyətlər açıqlandı
Fransada elitaya yüksələn ilk komanda
Qazyumov ilin ən yaxşı məşqçisi seçildi