"Qarabağ"ın futbolçusu Muarem Muarem Qol.Az saytına müsahibə verib. O, müsahibədə Premyer Liqada “Bakı” ilə oyun, Türkiyə superliqasına keçidinin alınmaması və digər məsələlər barədə danışıb
- Qış fasiləsindən sonra ilk rəqibiniz “Bakı”ya 4:1 hesabı ilə qalib gəldiniz. Bu matç barədə nə deyə bilərsən?
- Oyun yaxşı alındı. "Bakı" gənclərdən təşkil olunmuş komandadır. Bilirdik ki, bizə qarşı yaxşı mübarizə aparacaqlar. Antalya toplanışından sonra ilk rəsmi oyunumuz olduğu üçün tam hazır deyildik. Buna baxmayaraq, qarşılaşmada qalib gəldik. Qazanılan hər xal çempionluq yolunda bizi daha bir addım irəli atır.
- Böyük hesabla qalib gəlsəniz də, rəqib sonacan mübarizə apardı.
- Bu komanda bizə qarşı həmişə yaxşı oynayıb. Bu mövsüm ilk oyunumuz heç-heçə (2:2 – red.) bitmişdi. İkinci matçda qalib gəlsək də, bu, asan olmamışdı. Ona görə də “Bakı” ilə son oyuna yaxşı hazırlaşmışdıq.
- Yəqin ki, əsas rəqiblərinizdən olan “Neftçi”nin bu turda xal itirməsi sizi sevindirdi.
- Onların xal itirməsi bizim lehimizədir. Amma bu o demək deyil ki, bu iki komandanın nəticələrinə ümid etməliyik. Çempionatın sonuna hələ çox var və hər an turnir cədvəlində dəyişiklik ola bilər. Ona görə də bizim üçün əsas olan öz oyunlarımızdır. Başqalarının nəticələrinə ümid etmirik. Qarşımızda duran əsas vəzifə çıxdığımız hər oyundan maksimum xal toplamaqdır. Çünki bu mövsüm də çempion olmaq istəyirik.
- Nəvbəti turda AZAL-la qarşılaşacaqsınız. AZAL son iki turda iki güclü komandanı - “Neftçi” və “Qəbələ”ni məğlub etdi.
- AZAL üçüncü dövrədə bəlkə də ən yaxşı oyun göstərən komandadır. Hər iki rəqibi də son dəqiqədə vurduğu qollarla məğlub etdi. Bizi də çox çətin oyun gözləyir. Həm də səfər qarşılaşmasını süni meydançada oynayacağıq. Bu da bizə əlavə çətinlik yaradacaq.
- Qış fasiləsində Türkiyənin “Eskişehirspor” klubuna transferinin alınmaması səndə ruh düşkünlüyü yaratmayıb?
- Yox, hər şey qaydasındadır. Mən artıq o mövzunu bağlamışam . Hazırda “Qarabağ”da oynayıram və düşündüyüm tək şey komandamın uğur qazanmasıdır.
- Amma etiraf edək ki, Türkiyədə oynamağı çox istəyirdin...
- Təbii, Türkiyə superliqasında oynamağı kim istəməz ki? Mən hələ də bu istəyimdən vaz keçməmişəm. Amma klublar arasında razılıq əldə olunmadı. Bu qərara hörmətlə yanaşdım. Klubumla da əvvəlcədən danışmışdım. Əgər “Qarabağ”ın istədiyi kimi alınsa gedəcəm, əks təqdirdə qalacam.
- “Qarabağ”ın İtaliya “İnter”ilə Avropa liqasının son oyununda təmiz qolunun qeydə alınmamasıyla bağlı UEFA-ya etdiyi şikayət nəticəsiz qaldı. Bu barədə nə deyə bilərsən?
- Başqalarını bilmirəm, amma mən qərarın dəyişəcəyinə ümüd etmirdim. Çünki bu günə kimi hakim səhvlərindən verilən qərarların dəyişdiyini görməmişəm. Hakimlər yəqin o epizodu təkrar izləyiblər. Heç olmasa səhvlərini etiraf edəydilər.
Ergün SEYİD
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
İnfantinoya rəqib gəlir?
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Konfrans Liqasında oyun günü
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar
Misli Premyer Liqasında 11-ci turun hakimləri
1 oyun, 51 nəfər qırmızı vərəqə, dünya rekordu - Video
Həftənin oyunçusu kim olacaq? - 1-i het-trik, 3-ü dubl edib
“Sabah”ın futbolçusu: “Bundan nəticə çıxarmalıyıq”
Avropa Liqasında 17 oyun
“Fənərbaxça”dan “Liverpul”a İstanbul şoku - Video
Yaxşı övlad doğma evinə qayıdar! - Almeyda Bakıdadır
Dambrauskas “Vikinq”ə məğlubiyyətin səbəblərini açıqladı
"Fənərbaxça" "Liverpul"a qalib gəldi, "Real"dan qələbə
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Sabah"da itki - Oyuna davam edə bilmədi
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib