Arif Əsədov "Simurq"la oyundan danışdı

Arif Əsədov "Simurq"la oyundan danışdı
ÖLKƏ FUTBOLU 6 Fevral 2015 / 18:30 4290
-  A +

"AZAL-a məğlub olduqdan sonra meydana qələbə üçün çıxmışdıq. Birinci hissədə qol epizodlarımız oldu, amma istifadə edə bilmədik".

Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri "Neftçi"nin baş məşqçisi Arif Əsədov Premyer Liqanın 20-ci turunda bərabərə qaldıqları (0:0) "Simurq"la oyundan sonra keçirilən mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis fasilədən sonra rəqibin daha qapalı oynadığını bildirib: "İkinci hissədə "Simurq" daha qapalı oynadı. Düzdür, məqsədimiz qələbə qazanmaq idi. Lakin 1 xalla kifayətləndik. Buna baxmayaraq, komandamın oyunundan razıyam”. 

Daha çox


Son xəbərlər