"Vaxta ehtiyacımız var" - Roman Qriqorçuk

"Vaxta ehtiyacımız var" - Roman Qriqorçuk
ÖLKƏ FUTBOLU 6 Fevral 2015 / 16:26 3414
-  A +

"İlk növbədə rəqibi qələbə münasibəti ilə təbrik edirəm. Nəticədən, oyundan narazıyam. Məğlubiyyət bizim üçün bir dərsdir".

Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Premyer Liqanın 20-ci turunda uduzduqları AZAL-la oyundan (0:1) sonra keçirilən mətbuat konfransında deyib.

Ukraynalı mütəxəssis komandasının öz oyununu göstərməsi üçün vaxta ehtiyacları olduqlarını bildirib: "Mənim istədiyim bir plan, oyun üslubu var. Bura intensiv hərəkətlər daxildir. Həmin proqramı futbolçuların orqanizmi qəbul etməlidir. Vaxta ehtiyacımız var".

 

Daha çox


Son xəbərlər