Bu gün Azərbaycan Premyer Liqasında 20-ci turun oyunlarına start verilib.
Qol.Az-ın məlumatına görə, ilk oyun gününə iki görüş nəzərdə tutulub.
Artıq bir qarşılaşma başa çatıb. Turun açılış matçı Qəbələdə baş tutub. Burada yerli "Qəbələ" klubu AZAL-ı sınağa çəkib. Son turda qələbə qazanan hər iki komandanın dueli maraqla gözlənilirdi. Matçın 74-cü dəqiqəsində azlıqda qalan AZAL görüşdən qələbə ilə ayrılmağı bacarıb - 1:0. Oyunun əsas vaxtına əlavə edilmiş 3-cü dəqiqədə Rəşad Abdullayev penaltidən komandasına 3 xal qazandırıb.
Qeyd edək ki, AZAL ötən tur “Neftçi”yə də son dəqiqə qolu ilə qalib gəlmişdi.
Günün son qarşılaşmasında "Neftçi" və "Simurq" üz-üzə gəlib. Son turda səfərdə AZAL-a uduzan Arif Əsəsdovun komandası bu görüşdə qələbə qazanmaqla çempionluq uğrunda mübarizəsini davam etdirməyə çalışacaqdı. Lakin turnir cədvəlində "Neftçi"nin ən yaxın izləyicisi olan "Simurq" səfərdən bir xalla ayrılmağa nail olub. Bu görüşdə qapılara qol vurulmayıb - 0:0.
Qeyd edək ki, Premyer Liqada 20-ci tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq.
6 fevral (cümə)
Azərbaycan Premyer Liqası, 20-ci tur
16:00. “Neftçi” – “Simurq” 0:0
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Namiq Hüseynov, Ramil Diniyev
Bakı. 8-ci km qəsəbə stadionu.
“Neftçi": 1. Aqil Məmmədov, 2. Karlos Kardozo , 3. Denis Silva, 5. Elvin Yunuszadə , 7. Araz Abdullayev, 9. Flavinyo (k), 10. Julius Vobay , 11. Nikolas Kanales, 15. Erik Ramos, 17. Rəhman Hacıyev, 27. Məqsəd İsayev
Ehtiyat oyunçular: 30. Saşa Stamenkoviç, 8. Elşən Abdullayev, 16. Əziz Quliyev, 18. Kaue da Silva, 21. Samir Məsimov, 22. Rauf Əliyev, 95. Elvin Bədəlov
“Simurq”: 1. Pavel Kapsa, 2. İlkin Qırtımov (k), 4. Xuan Alberto Alvarado, 6. Samir Zərgərov, 7. Elnur Abdullayev , 10. Rəşad Eyyubov, 11. Draqan Çeran, 18. Tural Axundov, 20. İdan Vaytsman,26. Benjamin Lambot, 88. Marko Stanoyeviç
Ehtiyat oyunçular: 35. Amil Ağacanov, 3. Adam Banaş, 8. Patrik Osiako, 9. Mirzağa Hüseynpur, 14. Vüqar Mustafayev, 15. Stepan Polyak, 22. Cihan Özkara
14:00. “Qəbələ” – AZAL - 0:1
Qol: Rəşad Abdullayev, 90+3-pen.
Qırmızı vərəqə: Viktor İqbekoyi, 78 (AZAL)
Hakimlər: Rəhim Həsənov, Rəvan Həmzəzadə, İsgəndər Əliyev, Azər Əsgərov
Qəbələ şəhər stadionu.
"Qəbələ”: 22. Dmitri Bezotosnı, 4. Elvin Camalov, 6. Rəşad Sadiqov, 14. Cavid Hüseynov, 15. Ruslan Abışov (k), 18. Ruslan Fomin, 19. Aleksey Qay, 27. Bəxtiyar Soltanov, 32. Mixail Sivakov, 34. Urfan Abbasov, 44. Rafael Santos
Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 5. Sadiq Quliyev, 7. Ruslan Əmircanov, 9. Viktor Mendi, 16. Ruslan Tağızadə, 25. Adrian Ropotan, 90. Ekiqo Ehiosun
AZAL: 16. Stanislav Namaşko, 4. Laşa Kasradze, 18. Orxan Lalayev , 21. Novruz Məmmədov, 3. Xuan Fransisko, 8. Seymur Əsədov, 17. Viktor İqbekoyi, 23. Aleksandr Şemonayev, 25. Valeriy Kutsenko, 27. Rəşad Abdullayev (k), 20. Freddi Mombonqo
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 5. Kərim Diniyev, 13. Şəhriyar Rəhimov, 15. Oskars Klava, 10. Nicat Qurbanov, 7. Təmkin Xəlilzadə, 22. Eltun Yaqublu
7 fevral (şənbə)
16:00. “Qarabağ” – “Bakı”
Tofiq Bəhramov adına Respublika stadionu.
17:00. “Xəzər Lənkəran” – “İnter”
“Xəzər Lənkəran” mərkəzi stadionu.
Turnir cədvəli
| N | Klublar | O | Q | H | M | T-F | X |
| 1 | Qarabağ | 16 | 10 | 4 | 2 | 29-17 | 34 |
| 2 | İnter | 17 | 7 | 9 | 1 | 26-7 | 30 |
| 3 | Neftçi | 17 | 7 | 6 | 4 | 20-14 | 27 |
| 4 | Simurq | 18 | 7 | 4 | 7 | 27-22 | 25 |
| 5 | AZAL | 17 | 6 | 5 | 6 | 21-26 | 23 |
| 6 | Qəbələ | 18 | 5 | 7 | 6 | 21-25 | 22 |
| 7 | Xəzər Lənkəran | 17 | 5 | 5 | 7 | 22-22 | 20 |
| 8 | Sumqayıt | 17 | 4 | 4 | 9 | 19-27 | 16 |
| 9 | Bakı | 17 | 2 | 4 | 11 | 13-38 | 10 |
| 10 | Araz Naxçıvan | 0 | 0 | 0 | 0 | 0-0 | 0 |
Messi Peleyə çatdı
Messi dubl etdi
“Fənərbaxça” xal itirdi
"Məcbur deyilik ki, hər il çempion olaq" - Qurban Qurbanov
Klubun heç bir futbolçusu 3 qol vurmayıb
"Qarabağ"ın təcrübəsi öz sözünü dedi" - Valdas Dambrauskas
Salahın qolsuzluq seriyası davam edir
“Ona dedim ki, üzr istəmək lazımdır” - Qurban Qurbanov
“Qarabağ”dan əla geridönüş - Video
Baş məşqçi qırmızı vərəqə aldı, apelyasiyaya şikayət etdi
“Tofiq Bəhramov”dakı gərginliyin səbəbi müəyyənləşdi
"Qarabağ" - "Sabah" oyununda qalmaqal - Video
“Qarabağ” - “Sabah”: Möhtəşəm oyun, 6 qol
Finalissima matçı da baş tutmayacaq?
“Turan Tovuz” - “İmişli” matçından - Video
Millimizin üzvü oynadı, komandası qalib gəldi
"Rəqib qapımıza zərbə vura bilmədi” - Kurban Berdiyev
Levandovski sıradan çıxdı
Oruc tutan Yamal 3 qol vurdu - “Barselona” tarixinə düşdü
"Quba"nın futbolçusu mükafatlandırıldı
Osimhen kapitanlıq sarğısını niyə qəbul etməyib?
"Qarabağ" - "Sabah" - Heyətlər
Bu ölkə futbol yarışlarını dayandırdı
2-ci liqada 16-cı tura start verildi
Bəhluldan yeni xəbər
ETOPAZ 14 yaşında
"Turan Tovuz" - "İmişli": Heyətlər açıqlandı
Asiya Çempionlar Liqasının oyunları təxirə salındı
Yamaldan tarixi rekord
İran DÇ-2026-dan çəkilir?
Ronaldo meydanı axsayaraq tərk etdi - Şəkil
Marko Roysla müqavilə uzadıldı
“PFL-in mənə cavabına təəssüflənirəm” - Video
Azərbaycanlı futbolçular Albaniyada üz-üzə gəldilər
Qvardiola: “Dinlərə hörmət edin!”
Renat oynadı, komandası qalib gəldi