"Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 20-ci turunda qarşılaşacaqları “Bakı” ilə oyunöncəsi Qol.Az saytının suallarını cavablandırıb.
- Antalya təlim-məşq toplanışı haqda ümumi olaraq nə deyərdiniz?
- Antalya toplanışında hazırlıq prosesi planımız üzrə getdi. Bir neçə yoxlama oyununda futbolçularımızın hansı vəziyyətdə olduğunu gördük. Hər zamankı kimi çatışmazlıqlar var. Çalışırıq ki, bu problemləri aradan qaldıraq.
- Premyer Liqanın III dövrəsinin ilk matçında qarşılaşacağınız "Bakı" klubu turnir cədvəlinin son pilləsində qərarlaşıb. Bu oyunu əsas rəqiblərinizlə aranızdakı xal fərqini artırmaq baxımından yaxşı şans hesab etmək olarmı?
- “Bakı” heç də asan rəqib deyil. Bu komanda mövsümün ilk yarısındakı hər iki qarşılaşmada bizə çətinlik yaratdı. “Bakı” ilə hər iki oyunda qol buraxmışdıq. Hətta birinci matçda məğlub da ola bilərdik. Məqsədimiz bu oyuna ciddi hazırlaşmaqdır. “Bakı” bizim üçün ciddi rəqibdir. 3-cü dövrədə ilk oyunumuz onlara qarşı olacaq. Çalışacağıq ki, minimum səhvsiz oynayaq.
- Belə aydın oldu ki, “Qarabağ” çempionata tam hazır deyil...
- Hər zaman qeyd etmişəm ki, qış fasiləsindən sonra komandada çatışmazlıqlar olur. Oyunçuların tam hazır olmaları üçün hələ daha 3-4 oyun keçirməliyik. Qazanılan bütün xallar bizim işimizi uğurla həyata keçirməyimizə kömək edəcək. 19-cu turda əsas rəqiblərimiz xal itirsələr də, bu bizi arxayınlaşdırmamalıdır. Çünki onlar elə rəqiblərə qarşı xal itirdilər ki, biz də həmin klublarla qarşılaşmalardan əliboş dönə bilərik. Bunları nəzərə alaraq bütün görüşlərdə ehtiyatlı oynamağa çalışacağıq.
- Qış transfer pəncərəsi dönəmində komandaya yeni oyunçular cəlb etmədiniz...
- Çalışdıq ki, yeni transferlər edək. Bəzi futbolçularla danışıqlar apardıq, sadəcə olaraq alınmadı. İki futbolçu ilə razılığa gəlsək də, klubları ilə anlaşa bilmədik.
- Hansı mövqedə futbolçuya ehtiyacınız var?
- Yaxşı futbolçulara hər zaman ehtiyac duyulur. Bu gün komandanın əsəsən hücum və yarımmüdafiə xəttində yeni oyunçuların olmasını istərdik. Amma alınmadı.
- Cumbinyo nə vaxt komandaya qoşulacaq?
- Cumbinyo hazırda Braziliyada müalicəsini davam etdirir. Cumbinyo 6 aya yaxındır ki, məcburən yaşıl meydanlardan kənarda qaldı. Onun zədəsini sağaldaraq, tam hazır vəziyyətdə olması üçün 20-günə yaxın vaxt lazımdır. Cumbinyo bir aydan sonra komanda ilə məşqlərə başlayacaq.
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
İnfantinoya rəqib gəlir?
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Konfrans Liqasında oyun günü
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar
Misli Premyer Liqasında 11-ci turun hakimləri
1 oyun, 51 nəfər qırmızı vərəqə, dünya rekordu - Video
Həftənin oyunçusu kim olacaq? - 1-i het-trik, 3-ü dubl edib
“Sabah”ın futbolçusu: “Bundan nəticə çıxarmalıyıq”
Avropa Liqasında 17 oyun
“Fənərbaxça”dan “Liverpul”a İstanbul şoku - Video
Yaxşı övlad doğma evinə qayıdar! - Almeyda Bakıdadır
Dambrauskas “Vikinq”ə məğlubiyyətin səbəblərini açıqladı
"Fənərbaxça" "Liverpul"a qalib gəldi, "Real"dan qələbə
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Sabah"da itki - Oyuna davam edə bilmədi
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib