"Vəziyyət məni təəccübləndirdi" - Roman Qriqorçuk

"Vəziyyət məni təəccübləndirdi" - Roman Qriqorçuk
ÖLKƏ FUTBOLU 1 Fevral 2015 / 17:15 5904
-  A +

“Nəticə xeyrimizə oldu. Üç xal əldə etdik. Amma komanda mən istədiyim kimi oynamadı”.

Qol.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk  “Bakı” ilə oyundan (2:0) sonra keçirdiyi mətbuat konfransında deyib.

Ukraynalı mütəxəssis qələbəə baxmayaraq komandasının çıxışından razı qalmadığını bildirib: “Oyunun ilk 20 dəqiqəsində topu saxlaya bilmirdik. Futbolçular topu görəndə həyəcanlanırdılar. Biz bunu araşdıracağıq. Açığı, vəziyyət məni təəccübləndirdi. Bundan öncə “Qəbələ”də işləyən insanlar barədə danışmaq istəmirəm. Hazırda mənim düşüncələrim klub rəhbərliyinin düşüncələri ilə eynidir. Öz sistemim var. Bunu formalaşdırmaq üçün çalışırıq".
 
R.Qriqorçuk Kamran Ağayevin “Qəbələ”dən gedişinə də tuxunub: “Kamran Ağayev barədə danışarkən onu deyim ki, heyətdən gedən oyunçuya hörmətim var. Mən Kamrana heç vaxt deməmişəm ki, sən bizə lazım deyilsən və ya 2-ci olacaqsan. Düşünürəm ki, Kamran özü vəziyyəti dəyərləndirib, getmək qərarına gəldi”.

Daha çox


Son xəbərlər