"Bu problemlər "Neftçi"də daim olub" - Arif Əsədov

"Bu problemlər "Neftçi"də daim olub" - Arif Əsədov
ÖLKƏ FUTBOLU 31 Yanvar 2015 / 17:33 5301
-  A +

"Fasilədən sonra ilk oyuna çıxdıq. İlk oyunlar gərgin keçir, ağır olur. Heyətdə müəyyən problemlər var idi". 

Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri "Neftçi"nin baş məşqçisi Arif Əsədov AZAL-la Premyer Liqa matçından (1:2) sonra keçirilən mətbuat konfransında deyib.

A.Əsədov komandasının müdafiədə kobud səhvlərə yol verdiyini bildirib: "Dörd oyunçunun xidmətindən məhrum idim. Buna baxmayaraq, görüşə yaxşı başladıq. Lakin müdafiədə kobud səhvlər etdik. Bu problemlər daim olub. Həmin səhvləri aradan qaldırmalıyıq". 

Elşən Abdullayevin erkən əvəzlənməsinə də münasibət bildiriən təcrübəli mütəxəssis deyib: "Elşən Abdullayevin tez əvəzlənməsi hücumdakı təzyiqin artırılmasına hesablanmışdı. Düşünürəm ki, Elşən yaxşı oynadı. Amma oyunun gedişində hücumçuya ehtiyacımız oldu və Elşəni əvəzlədik”. 

Son xəbərlər