“İnter”in futbolçusu Ruben Şaken Azərbaycan Premyer Liqasının 19-cu turunda “Sumqayıt”la oyundan (0:0) sonra Qol.Az saytının suallarını cavablandırıb.
- İlk öncə oyun haqqında təəssüratlarını bilmək istərdik...
- İlk hissədə yaxşı oynadıq. Amma əlimizə düşən qol şanslarından yararlana bilmədik. Bəxtimizin də gətirmədiyini deyə bilərəm. İkinci hissədə “Sumqayıt” daha çox müdafiyə meylli futbol oynadı. Zonaları çox yaxşı bağlayırdılar. Meydanda boşluq yox idi. Bu da bizə öz oyunumuzu qurmaqda problem yaradırdı. 11 metrlik cərimə zərbəsindən də yararlana bilmədik. Bu oyunda iki xal itirməyimiz bizim üçün çox pis nəticədir. Qalib gəlməli olduğumuz bir oyun idi.
- Öz oyunun barədə nə deyə bilərsən?
- İlk hissə mənim üçün də yaxşı keçdi. Amma uzun müddət futbol oynamamışam deyə, ikinci hissədə yoruldum. Oyun ərzində bir neçə səhvim oldu. Buna görə də baş məşqçi məni əvəzlədi.
- Ümumiyyətlə, Azərbaycan çempionatı haqqında nə düşünürsən?
- Azərbaycanda yaxşı futbol oynamaq üçün hər cür şərait var. Çempionatınız yaxşı səviyyədədir. İlk pillələr uğrunda yarışan komandaların mübarizə əzmi yüksəkdir. Hollandiya futboluna çox yaxın bir futbolunuz var. Klublar “tiki-taka” üslubunda oynaya bilirlər.
- Səncə, “İnter”də uğur qazana biləcəksən?
- Düşünürəm ki, rəqiblərimizlə taktiki cəhətdən düzgün oynaya bilsək, qələbə hər zaman bizimlə olacaq. Artıq 3 həftədir ki, klubun tərkibindəyəm və komandama çox inanıram. Bizim çox yaxşı futbolçularımız var. Əsas olan vacib xalları qazanamaq üçün öz oyun ritmimizi tapmaqdır.
- Komandaya uyğunlaşmağa çətinlik çəkmirsən?
- Uzun illər Hollandiyada oynamışam. Fərqli ölkəyə gedəndə adaptasiya həmişə müəyyən çətinliklərə səbəb olur. Azərbaycanda da fərqli dil və mədəniyyətin olması mənə problemlər yaradır. Bundan başqa, “İnter” fərqli taktika və sistemlə oynayır. Amma bu, mənim üçün bəhanə olmamalıdır. Mənim işim yaxşı futbol oynamaqdır. Özümü yaxşı tərəfdən göstərmək üçün qarşımda heç bir əngəl qalmamalıdır. Əsas məqsədim “İnter”lə çempion olub, avrokuboklarda mübarizə aparmaqdır.
- Azərbaycan çempionatında azsaylı azarkeşlərin olmasını necə qarşılayırsan?
- Azarkeşlərin azlığından müyyən qədər məyus oldum. Çünki “Feyenoord”da 40-50 min azarkeşin önündə oynamışam. Amma belə xırda problemlər oyunlarımıza heç bir təsir göstərməməlidir.
- Azərbaycana gələnədək ölkəmiz haqda internetdən məlumat topladığın söyləmişdin. Fərqli mənzərə ilə qarşılaşmadın?
- Yox, Azərbaycan çox gözəl ölkədir. Komandamızda da çox yaxşı insanlar var. Bu şəhərə öyrəşməyim üçün mənə köməklik edirlər. Özümü burada xoşbəxt hiss edirəm.
- Yeni komandanla iddiaların nədən ibarətdir?
- İlk öncə çempionatda uğur qazanmaq istəyirik. İkinci pillədəyik. Bilirik ki, çox çətin olacaq.
Ergün SEYİD
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
İnfantinoya rəqib gəlir?
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Konfrans Liqasında oyun günü
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar
Misli Premyer Liqasında 11-ci turun hakimləri
1 oyun, 51 nəfər qırmızı vərəqə, dünya rekordu - Video
Həftənin oyunçusu kim olacaq? - 1-i het-trik, 3-ü dubl edib
“Sabah”ın futbolçusu: “Bundan nəticə çıxarmalıyıq”
Avropa Liqasında 17 oyun
“Fənərbaxça”dan “Liverpul”a İstanbul şoku - Video
Yaxşı övlad doğma evinə qayıdar! - Almeyda Bakıdadır
Dambrauskas “Vikinq”ə məğlubiyyətin səbəblərini açıqladı
"Fənərbaxça" "Liverpul"a qalib gəldi, "Real"dan qələbə
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Sabah"da itki - Oyuna davam edə bilmədi
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib