“Xəzər Lənkaran” klubunun baş məşqçisi Elbrus Məmmədovun Qol.Az saytına müsahibəsi
- Artıq qış fasiləsi bitdi. “Xəzər Lənkaran” üçün bu hazırlıq prosesini necə dəyərləndirirsiniz?
- Komandamız çempionata fiziki baxımdan tam hazırdır. Sadəcə taktiki gedişlərdə bir az çatışmazlıqlar var. Klubumuz gənc futbolçulardan təşkil olunub. Mövqelər arasında əlaqə qurmaqda çətinlik çəkirlər. Bəzi futbolçuların zədəli olması da planlarımızı pozur. İlqar Ələkbərov və Ruslan Cəfərovun yoxluğu mərkəz xəttində problemlər yaradacaq. Əsas məqsədimiz bu çatışmazlıqları aradan götürüb çempionata tam hazır olmaqdır.
- Üçüncü dövrənin ilk turunda sabah Premyer Liqanın iddialı klublarından biri olan “Simurq”la səfər oyununa çıxacaqsınız. Bu görüş haqda fikirlərinizi bilmək istərdik.
- Azərbaycan çempionatında bütün klublar iddialıdır. Premyer Liqada ən gənc komanda “Xəzər Lənkaran”dır. Biz də çalışacağıq ki, çempionatda yaxşı mübarizə aparıb layiq olduğumuz pillədə qərarlaşaq. Bunu gələcəkdə oyunlarımızla da sübut edəcəyik.
- Bunu etmək gənc futbolçularla çətin olmayacaq?
- Qəti şəkildə bildirirəm ki, heç nədən çəkinmirəm. Komandama çox inanıram. Məqsədimiz çempionatda və kubokda maksimum irəliləməkdir. Futbolçularda da o həvəsi hiss edirəm. Antalya toplanışında bütün komanda üzvləri özlərində o inam hissini yarda bildilər. Təcrübəli oyunçularımız gənc futbolçulara çox dəstək olurlar. Komandamızda yaxşı ab-hava var. Hamı bir-biri ilə çox mehribandır.
- Klub rəhbərliyi qarşınıza hansı tapşırıqları qoyub?
- Klub rəhbərliyinin komandaya heç bir təzyiqi yoxdur. Sadəcə onlar may ayına kimi özlərini təsdiq edən gənc futbolçuları görmək istəyirlər.
- Əgər onların istəkləri olmasa, mayda yenidən “Xəzər Lənkaran”da dəyişiklik ola bilər?
- Futbolçularımız artıq özlərini təsdiq ediblər. Bütün oyunçular bizim istəklərimizə tam cavab verir. Onların hələ ki, səhvləri yoxdur. Amma klub rəhbərliyinin istəyini yerinə yetirə bilməsək, dəyişiklik mümkündür.
- Hazırda “Xəzər Lənkaran”da hansı mövqedə daha çox çatışmazlıq var?
- Hücum xəttində futbolçuya ehtiyac duyuruq. Tək bizdə yox, bütün klublarımızda hüçumçu problemi var.
- Mirça Rednik azərbaycanlı jurnalistlərə müsahibəsində qeyd etdi ki, “Xəzər Lənkaran”ın vəziyyəti ürəkaçan deyil. Sizcə, bu, belədir?
- Rednik şəxsi fikrini söyləyib. Nəyə görə belə düşünür, bunu özü izah edə bilər. Mən bu fikirlə razı deyiləm.
- Adrian Skarlatake klubda qalacaqmı?
- Skarlatake ilə klub arasında razılıq əldə olunsa, komandada qalacaq. Bu gün burda olan futbolçuların hamısı klubun qoyduğu şərtləri qəbul edənlərdir.
- Onun hazırda məşqdə olmamağı deməyə əsas verirmi ki, Skarlatake şərtləri qəbul etmir?
- Müəyyən şərtlər var ki, Skarlatake ilə razılığa gələ bilmirik. Bəli, o bu gün komanda ilə birlikdə deyilsə, deməli, hələ şərtləri qəbul etmir.
Ergün SEYİD
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
İnfantinoya rəqib gəlir?
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Konfrans Liqasında oyun günü
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar
Misli Premyer Liqasında 11-ci turun hakimləri
1 oyun, 51 nəfər qırmızı vərəqə, dünya rekordu - Video
Həftənin oyunçusu kim olacaq? - 1-i het-trik, 3-ü dubl edib
“Sabah”ın futbolçusu: “Bundan nəticə çıxarmalıyıq”
Avropa Liqasında 17 oyun
“Fənərbaxça”dan “Liverpul”a İstanbul şoku - Video
Yaxşı övlad doğma evinə qayıdar! - Almeyda Bakıdadır
Dambrauskas “Vikinq”ə məğlubiyyətin səbəblərini açıqladı
"Fənərbaxça" "Liverpul"a qalib gəldi, "Real"dan qələbə
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Sabah"da itki - Oyuna davam edə bilmədi
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib