AZAL klubunun kapitanı Rəşad Abdulayevin Qol.Az saytına müsahibəsi
- Əvvəlcə komandanızın qış-təlim məşq toplanışından başlayaq...
- Yaxşı fiziki hazırlıq keçdik. Bir neçə yoxlama oyununda qüvvəmizi sınadıq. İlk iki dövrədəki çatışmazlıqları aradan qaldırmaq üçün çox çalışdıq. Sınaq maqtçlarında komandamızın zəif yerlərini bildik. Məqsədimiz fasilədən sonrakı ilk oyuna tam hazır vəziyyətdə çıxmaq idi. Komandamız var gücü ilə məşq etdi. Ümumilikdə çempionata hazır olduğumuzu deyə bilərəm.
- Yoldaşlıq oyunlarında komandanız özünü necə göstərdi?
- Yeni transferlər və əvəzedici heyətdən bir neçə futbolçu yoxlama oyunlarında sınaqdan keçirildi. Məncə, hər biri özünü yaxşı tərəfdən göstərdi. Yoxlama oyunlarımızı da normal hesab edirəm. Təbii ki, nəticəni yox, oyun keyfiyyətini düşünürdük.
- Klublarımızın əksəriyyəti Türkiyədə hazılıq keçdi, müxtəlif rəqiblərlə yoxlama oyununda qüvvəsini sınadı. AZAL isə ölkə xaricinə yollanmadı. Bu amil hazırlığınıza təsir edə bilər?
- Bizim öz bazamızda yaxşı şəraitimiz var. Premyer Liqada çıxış edən rəqiblərlə yoxlama oyunu keçirdik. Antalyada keçirilən məşqi biz də burda keçirdik. Yəni ölkə xaricinə getməməyimiz hazırlığımıza mənfi təsir göstərməyəcək. Vaxımız da o qədər çox deyildi. Üçüncü dövrənin ilk oyunlarda necə hazırlaşdığımızı göstərəcəyik. Çatışmazlıqlar üzərində çox işləmişik.
- İlk dövrələrdə AZAL-da hansı çatışmazlıqlar var idi?
- Əsasən komanda şəklində müdafiə ola bilmirdik. Çoxlu qol vursaq da, eyni sayda da qol buraxırdıq. Hücumda daha yaxşı iştirak edirdik. Müdafiədə isə komanda şəklində səhvlər edirdik. "Simurq", "Qəbələ" və "İnter"lə oyunlarda qeyd etdiyim səhvlər ucbatından xallar itirdik. Hər üç oyunda qələbəni əldən verdik. O səhvlər olmasaydı, ilk "üçlüy"ə qədər irəliləyə bilərdik. Buna görə də hımin səhvlər üzərində daha çox çalışdıq. Hücumda nə qədər kəsərli oluruqsa, müdafiədə də o qədər diqqətli olmalıyıq.
- Bir müddət məşqlərdə iştirak edə bilmədin. İndi durumun necədir?
- Təlim-məşq toplanışının əvvəlində xəstələnmişdim. Ancaq son iki yoxlama matçında meydana çıxdım. İndi yaxşıyam.
- Premyer Liqamızın növbəti turunda "Neftçi" ilə qarşılaşacaqsınız. Bu oyuna hazırsınız?
- "Neftçi" ilə oyunumuz həmişə çətin olub. Ancaq doğma meydan amilindən yararlanmalıyıq. Məqsədimiz fasilədən sonrakı ilk görüşdə həm nəticə qazanmaq, həm də yaxşı oyun sərgiləməkdir. "Neftçi" ilə qarşılaşma çətin olduğu qədər də maraqlıdır. Komandamın yanında olacam. Var qüvvəmlə çalışıram ki, bu oyuna hazır olum.
- Çatışmazlıqların aradan qaldırıldığını dedin. Çempionatın ikicni yarısında daha güclü AZAL görə biləcəyik?
- Komadamız demək olar ki, ötə ilin dekabrında öz oyununu tapmışdı. Yaxşı futbol oynayırdıq, topa nəzarət etməyi bacarırdıq, məşqçinin tələblərini yerinə yetirirdik. Əsasən baxımlı futbola üstünlük verirdik. Hazırlıq zamanı da əsas məqsədimiz o idi ki, elə bir komanda formalaşdıraq ki, hamı düşünsün ki, AZAL meydana sırf qələbə üçün çıxır.
- Bu mövsüm AZAL-ın iddası hansə yer üçündür?
- Real danışsaq, ilk "üçlük" üçün mübarizə bizə çətin olar. Ancaq dördüncü yer uğrunda oynaya bilərik. Turnir cədvəlinə nəzər salanda görürük ki, dördüncü pillənin sahibi "Simurq"la bizi dörd xal ayırır. Yəni bir qələbə ilə bir neçə pillə irəliləyə bilərik. Əsas odur ki, futbolçularımız bütün oyuna düzgün köklənsin. Qələbə qazandıqca istək də artacaq.
Ramiq AĞAMƏMMƏDOV
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
İnfantinoya rəqib gəlir?
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Konfrans Liqasında oyun günü
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar
Misli Premyer Liqasında 11-ci turun hakimləri
1 oyun, 51 nəfər qırmızı vərəqə, dünya rekordu - Video
Həftənin oyunçusu kim olacaq? - 1-i het-trik, 3-ü dubl edib
“Sabah”ın futbolçusu: “Bundan nəticə çıxarmalıyıq”
Avropa Liqasında 17 oyun
“Fənərbaxça”dan “Liverpul”a İstanbul şoku - Video
Yaxşı övlad doğma evinə qayıdar! - Almeyda Bakıdadır
Dambrauskas “Vikinq”ə məğlubiyyətin səbəblərini açıqladı
"Fənərbaxça" "Liverpul"a qalib gəldi, "Real"dan qələbə
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Sabah"da itki - Oyuna davam edə bilmədi
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib