"Reynaldonun durumu ideal deyil. O, iki ay əvvəl dizindən çox nadir olan zədə aldı. Həkimlər onu çox qoruyurlar. Məşqçilər də Reynaldoya diqqətlə yanaşırlar, tələsmək istəmirlər. Onun indi tam formada olması qeyri-mümkündür. Çünki bütün məşqlərdə iştirak etmir. Antalyada cəmi bir-iki məşqdə olub".
Qol.Az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın kapitanı Rəşad Sadıqov komanda yoldaşı Reynaldonun zədəsinin son durumu haqda danışarkən deyib.
"Reynaldonun hazırda oyun təcrübəsi çox azdır. O, fiziki formasını hələ bərpa etməyib. Topla da rəftarı əvvəlki kimi deyil. Onun yaxşı formada olması üçün vaxt lazımdır. Fikrimcə, bir aya o, tam formasını bərpa edəcək. Reynaldo elə bir mövqedə oynayır ki, özünü yaxşı tərəfdən göstərməsi üçün ideal formada olmalıdır. Çempionatda Reynaldoya qarşı ciddi oynayırlar" - deyə R.Sadıqov bildirib.
O deyib ki, hazırda çempionatda "İnter"dən beş xal irəlidə olmalarına baxmayaraq, bu, onlar üçün böyük üstün deyil:
"Çünki ikinci yarıda çempionat hər zaman çətin və ağır keçir. Rəqiblərimiz qış fasiləsindən səmərəli istifadə etdilər. Xüsusilə, "Neftçi", "İnter" və "Qəbələ" klublarının adını çəkmək istərdim. Bu bir daha onu göstərir ki, ikinci yarı çox gərgin keçəcək. Biz sona kimi mübarizə aparacağıq".
"Qarabağ"ın kapitanı Premyer Liqanın 20-ci turunda qarşılaşacaqları "Bakı" ilə oyun haqda da danışıb:"Səbirsizliklə çempionatın başlamasını gözləyirik. İlk rəqibimiz "Bakı" olacaq. Ancaq "Bakı" bizimlə matçdan əvvəl "Qəbələ" ilə ağır oyun keçirəcək. Çempionata bizdən daha tez başlamaları onların üstünlüyüdür ".
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
İnfantinoya rəqib gəlir?
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Konfrans Liqasında oyun günü
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar
Misli Premyer Liqasında 11-ci turun hakimləri
1 oyun, 51 nəfər qırmızı vərəqə, dünya rekordu - Video
Həftənin oyunçusu kim olacaq? - 1-i het-trik, 3-ü dubl edib
“Sabah”ın futbolçusu: “Bundan nəticə çıxarmalıyıq”
Avropa Liqasında 17 oyun
“Fənərbaxça”dan “Liverpul”a İstanbul şoku - Video
Yaxşı övlad doğma evinə qayıdar! - Almeyda Bakıdadır
Dambrauskas “Vikinq”ə məğlubiyyətin səbəblərini açıqladı
"Fənərbaxça" "Liverpul"a qalib gəldi, "Real"dan qələbə
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Sabah"da itki - Oyuna davam edə bilmədi
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib