“Simurq” klubunun prezidenti Anar Bəkirov “Volın” (Ukrayna) klubu ilə yoxlama oyunundan (2:0) sonra Qol.Az-ın Antalyaya ezam olunmuş müxbirinin suallarını cavablandırıb.
- Komandanız Antalyadakı hazırlıq prosesini başa vurdu. Ümumi təlim-məşq toplanışını necə dəyərləndirərdiz?
- Hazırlıq prosesi planlarımız üzrə getdi. Toplanışı yaxşı başa vurduq. Nəticələri isə artıq çempionat oyunlarında görəcəyik.
- Yeni transferlər necə, etimadları doğrulda biləcəklərmi?
- Cəmi iki transfer etmişik. Elnur Allahverdiyev Azərbaycanda kifayət qədər tanınmış bir futbolçudur. Digər transferimiz isə İspaniyada uğur qazanmış bir müdafiəçidir. Hər ikisi yaxşı təsir bağışlayır. Artıq komandaya uyğunlaşıblar. İstər məşqçilər, istərsə də rəhbərlik tərəfindən hər ikisi bəyənildi. Ən əsası onlar komandaya problem yaratmayacaq futbolçulardır. Həm insan kimi, həm də futbolçu kimi yaxşı keyfiyyətlərə malikdirlər.
- "Simurq"un heyətinə başqa yeni futbolçular dəvət olacaqmı?
- Danışıqlar gedir. Bir-iki yeni futbolçu dəvət etmək istəyirik. Lakin təcrübəli futbolçular olduqları üçün məsələ bir qədər uzanır. Çalışacağıq ki, onlardan ən azı birini heyətimizə cəlb edək.
- Danışıqlar apardığınız futbolçular hansı mövqedə çıxış edirlər?
- Hər ikisi hücumçudur.
- Antalyada bir neçə yoxlama oyunu keçirdiniz. “Simurq”u artıq çempionatın ikinci yarısına hazır hesab etmək olarmı?
- İlk hazırlıq oyununda qalib gəlsək də, iki görüşdə məğlub olduq. Bunlar yoxlama oyunları olsa da, 3-4 top buraxmaq heç də yaxşı hal deyil. Lakin komanda hazırlığı davam etdirdikcə, özünü toplaya bildi. Ruminyanın “Astra” və Ukrayna “Volın”ı ilə yaxşı mübarizə apardıq və qalib gəldik. 20 gündən artıqdır Antalyadayıq. Futbolçular da yorulublar. Oyunçuların əksəriyyəti evə dönmək istəyirlər. Nəticə olaraq hər şey qaydasındadı. Ümidimiz var ki, çempionatda yaxşı oyun sərgiləyəcəyik.
- Məşqçilər Komitəsinin üzvləri ilə görüşünüz oldu...
- Bəli, bir dəfə görüşümüz oldu. Onlar çox yaxşı təkliflər irəli sürdülər. Biz də öz fikirlərimizi onlara çatdırdıq.
- Əsasən hansı məsələləri müzakirə etdiniz?
- Azərbaycanda gənc futbolçuların bugünkü durumu ilə bağlı söhbətimiz oldu. Gənc futbolçuların oyunlarında inkişaf məsələlərini müzakirə etdik. Azərbaycana səviyyəli legionerlərin gəlməsi də əsas müzakirə mövzularından biri idi. Həm də Azərbaycanda legioner limiti ilə bağlı danışdıq. Biz də öz təkliflərimizi irəli sürdük. Bu gün Azərbaycanda səviyyəli futbolçular az yetişir. Elə etmək lazımdır ki, yerli futbolçular arasında rəqabət artsın.
- Azərbaycanda gündəmdə olan əsas məsələ legioner limitidir...
- Biz artıq 6+5 sisteminə uyğunlaşmışıq. Artıq bu sistemi komandamızda icra etmək üçün yerli futbolçularımız kifayət qədərdir. Legioner limitində hər hansı bir dəyişiklik olsa belə, “Simurq”da oynayan yerli futbolçuların demək olar ki, heç birini klubdan göndərmək fikrində deyilik. Çünki onlar artıq komandada öz yerlərini möhkəmləndiriblər. Bu gün “Simurq” çox yaxşı yerli futbolçular yetişdirir.
- Yerli futbolçulara üstünlük verilməsi klublar tərəfindən oyunçuların qiymətlərinin süni artımına gətirib çıxartmayacaq?
- Düzdür, yerli futbolçuların transfer qiymətləri yüksəlməyə başlayacaq. Amma bir tərəfdən də “Bakı”nın bu xoşagəlməz vəziyyəti məsələni bir qədər yüngülləşdirdi. Çünki futbolçulara çox pul verən klubların sayı azaldı. “Xəzər Lənkaran”dakı dəyişikliklər də bu faktorda böyük rol oynadı. Çünki artıq maliyyə vəziyyəti yaxşı olan klublar azdır. Futbolçular da çox vəsait tələb edə bilmir.
Ergün SEYİD,
Antalya
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
İnfantinoya rəqib gəlir?
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Konfrans Liqasında oyun günü
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar
Misli Premyer Liqasında 11-ci turun hakimləri
1 oyun, 51 nəfər qırmızı vərəqə, dünya rekordu - Video
Həftənin oyunçusu kim olacaq? - 1-i het-trik, 3-ü dubl edib
“Sabah”ın futbolçusu: “Bundan nəticə çıxarmalıyıq”
“Fənərbaxça”dan “Liverpul”a İstanbul şoku - Video
Yaxşı övlad doğma evinə qayıdar! - Almeyda Bakıdadır
Dambrauskas “Vikinq”ə məğlubiyyətin səbəblərini açıqladı
"Fənərbaxça" "Liverpul"a qalib gəldi, "Real"dan qələbə
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Sabah"da itki - Oyuna davam edə bilmədi
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib