“Qəbələ” klubunun vitse-prezidenti Fariz Nəcəfovun müsahibəsi
- Geridə qalan müddətdə “Qəbələ”nin təlim-məşq prosesini necə
dəyərləndirərdiz?
- Komandamızın təlim-məşq toplanışı 2 hissədən ibarətdir. İlk mərhələdə burada olmasam da, hazırlıq prosesi haqda kifayət qədər məlumatım var. Gördüyümlərimə əsasən deyə bilərəm ki, komandanın toplanışı yaxşı keçir, fiziki durum qaydasındadır. Baş məşqçi də hazırlıq səviyyəsindən razıdır. Hazırlığın səviyyəsinin necə olduğunu daha dəqiq çempionatın gedişində biləcəyik.
- Yeni transferlər barədə nə deyə bilərsiz?
- Baş məşqçi onlardan razılıq edir. “Kuban”a qarşı keçirilən son oyuna əsasən deyə bilərəm ki, Qayın ustalıq səviyyəsi yüksək olsa da, bu oyunda özünü yaxşı göstərə bilmədi. Fomini çox bəyəndim. Fiziki hazırlığı əla durumdadır. Oyun ərzində həm irəlidə fəal idi, həm də arxaya kömək edirdi. Dayanmadan işlədi. Qapıçı haqda nəsə demək çətindir. Çünki “Kuban”la oyunda elə də çox işi olmadı. Ümumiyyətlə, 1 oyuna əsasən konkret nəsə demək çətindir.
- “Qəbələ”nin oyununa baxdıqda belə təəssürat yaranır ki, qapı, orta və hücum xətti yaxşı təsir bağışlasa da, eyni sözləri müdafiə haqda demək olmur. Razısız bu fikirlə?
- Razıyam. Amma müdafiə xəttini də gücləndirmək imkanımız var idi. 1 futbolçu ilə danışıqlar aparsaq da, sonda razılığa gələ bilmədik. Axtarışlarımız davam edir.
- “Kuban”la oyunda sınaqdan keçirilən Mixail Sivakov sizdə necə təəssürat oyatdı?
- Pis təsir bağışlamadı. Etibarlı oyunu, dəqiq ötürmələri ilə seçilirdi. Yaxın günlərdə onun haqda qərar verəcəyik
- Bir müdafiəçi keçidi ilə transfer məsələlərini “Qəbələ” üçün bitmiş hesab etmək olar?
- Biz daim axtarışdayıq. Yeni legionerlərin əksəriyyəti ilə 6 aylıq müqavilə imzaladıq. Komandanın düşdüyü vəziyyətdən çıxış yolu axtarırıq. Ona görə də müqavilələri 6 aylıq imzaladıq. Yenə də axtarışlarımız davam edəcək. Çünki daha da güclənməliyik.
- Mövsümün ikinci yarısına az qalıb. Demək olar ki, “Qəbələ”nin məqsədi yalnız və yalnız avrokuboklara vəsiqə qazanmaqdır?
- Birmənalı şəkildə belədir.
- Birdən komanda istəyinə çata bilməsə...
- Komandada baş məşqçi dəyişikliyi olanda ümumiyyətlə, uğurdan danışmaq çətin olur. Amma gələcəyə ümidlə baxırıq. Məşqçi ilə olan söhbətlərimiz gələcəyə nikbin baxmağa imkan verir. O, arxayın danışır, komandaya güvənir. Mən də hesab edirəm ki, avrokuboklara düşmək şansımız çoxdur.
- Sonda Toni Adamsın klubun idman direktoru təyin olunmasına münasibətinizi öyrənmək istərdik.
- Biz 1 ildən çox idi ki, həmin posta xarici mütəxəssis axtarırdıq. Çalışırdıq eləsini tapaq ki, həm işində peşəkar olsun, həm də mentalitetimizə yaxın olsun. Sonda da Tonini seçdik. O, Azərbaycan futboluna, yerli mentalitetə bələddir. Yaxşı mütəxəssis olmaqla yanaşı, həm də əla insandır.
- İdman direktoru kimi Adamsın vəzifəsi nə olacaq?
- O, əsas komanda ilə yanaşı, akademiya üzvlərinə də nəzarət edəcək. Onların düzgün inkişaf etdirilməsi, futbolçuların beynəlxalq arenaya çıxarılması və s. - bütün bunlar Adamsın öhdəçiliyində olacaq. Mütəmadi olaraq görülən işlərə əsasən hesabat təqdim edəcək. Ən əsası da “Qəbələ”nin əsas komandası üçün seleksiya işlərini aparacaq.
Mənbə: Futbolxeber.az
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
İnfantinoya rəqib gəlir?
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Konfrans Liqasında oyun günü
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar
Misli Premyer Liqasında 11-ci turun hakimləri
1 oyun, 51 nəfər qırmızı vərəqə, dünya rekordu - Video
Həftənin oyunçusu kim olacaq? - 1-i het-trik, 3-ü dubl edib
“Sabah”ın futbolçusu: “Bundan nəticə çıxarmalıyıq”
“Fənərbaxça”dan “Liverpul”a İstanbul şoku - Video
Yaxşı övlad doğma evinə qayıdar! - Almeyda Bakıdadır
Dambrauskas “Vikinq”ə məğlubiyyətin səbəblərini açıqladı
"Fənərbaxça" "Liverpul"a qalib gəldi, "Real"dan qələbə
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Sabah"da itki - Oyuna davam edə bilmədi
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib