“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk bu gün Antalyada Rusiyanın Premyer Liqa təmsilçisi “Kuban”la oyunla (0:2) bağlı fikirlərini bildirib.
- Komandanız bu gün yoxlama oyununda “Kuban”a 0:2 hesabı ilə uduzdu. Qarşılaşma haqda nə deyə bilərsiz?
- Bu, adi yoxlama oyunu idi. Çalışırıq ki, yoldaşlıq görüşlərində hər dəfə güclü komandalara qarşı oynayaq. Oyun ümumilikdə yaxşı keçdi. Amma nəticə istədiyimiz kimi alınmadı. Kobud səhvlər buraxdıq. Bu səhvlər bizə dərs olmalıdı. Güclü rəqiblər adi səhvləri heç vaxt bağışlamırlar. Ümid edirəm ki, rəsmi oyunlarda belə səhvlər etməyəcəyik.
- “Qəbələ”də bu gün hansı problemlər həll olunmamış qalır?
- Hələ ki, istədiyimiz kimi oynamırıq. Problem budur. Amma komanda necə oynamalı olduğunu bilir və işləyirik. Bu gün komanda sürətli ola bilməz. Bizə lazımdı ki, çempionatda sürətli və hazır olaq.
- Kamran Ağayev bu gün oyunu kənardan izləyirdi və heç ikinci qapıçı da kimi də meydana çıxmadı. Onunla bağlı hansı fikirdəsiz?
- Mənim bu futbolçu ilə bağlı mövqeyim dəyişməyib. Sərəncamımda üç yaxşı qapıçı var. İndi kimin oynaması əhəmiyyət kəsb etmir. Təlim-məşq toplanışında hər kəsin bacarığını görməliyik. Bunu da yalnız oyunlarda görə bilərik. Bu məsələni çox müzakirə etməyə dəyməz.
- Bu gün Mixail Sivakovu sınaqdan keçirdiniz. Onun oyununu necə dəyərləndirərdiz?
- İndi Sivakov ideal vəziyyətdə deyil. Bir müddət əvvəl əməliyyat keçirib. Tam gücü ilə heç oynana da bilməz. Ona görə də çıxışını hazırda dəyərləndirmək düzgün çıxmır.
- Onu “Qəbələ”nin futbolçusu saymaq olar?
- Hələ ki, yox. Bu haqda yalnız rəsmi müqavilə imzalanandan sonra danışmaq olar.
- Komandada gücləndirmək istədiyiniz hansısa mövqe qalıb?
- Axtarışlarımız davam edir. Daha da güclənməliyik. Bugünkü oyun da göstərdi ki, bir qədər də güclənməyə ehtiyacımız var. İstərdim ki, daha iki mövqeni gücləndirək. Necə alınacağını isə zaman göstərəcək.
- Həmin mövqelər hansılardı?
- Bunu mətbuata deməyim düzgün çıxmaz.
Mənbə: futbolxeber.az
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
İnfantinoya rəqib gəlir?
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Konfrans Liqasında oyun günü
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar
Misli Premyer Liqasında 11-ci turun hakimləri
1 oyun, 51 nəfər qırmızı vərəqə, dünya rekordu - Video
Həftənin oyunçusu kim olacaq? - 1-i het-trik, 3-ü dubl edib
“Sabah”ın futbolçusu: “Bundan nəticə çıxarmalıyıq”
“Fənərbaxça”dan “Liverpul”a İstanbul şoku - Video
Yaxşı övlad doğma evinə qayıdar! - Almeyda Bakıdadır
Dambrauskas “Vikinq”ə məğlubiyyətin səbəblərini açıqladı
"Fənərbaxça" "Liverpul"a qalib gəldi, "Real"dan qələbə
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Sabah"da itki - Oyuna davam edə bilmədi
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib