AFFA-nın Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov qurumun rəsmi saytına müsahibəsi
- Antalya səfəriniz yekunlaşmaq üzrədir. Səfər təəssüratlarınızı ümumiləşdirsək, hansı qənaətə gəldiyinizi deyə bilərsiniz?
- Burada olduğumuz müddəti səmərəli və işgüzar keçirdik. Klublarımızın, ən əsası isə aşağıyaşlı futbolçulardan ibarət yığmalarımızın oyunlarını, məşqlərini izlədik, baş məşqçiləri ilə söhbətləşdik. Görüşlərdən də hiss olunur ki, komitəyə inam böyükdür, gələcəkdə Azərbaycan futboluna xeyir verəcək addımlar gözləyirlər. Bütün sağlam qüvvələri birləşdirib, futbolumuz naminə işlər görmək istəyirik. Antalyada olduğumuz müddətdə maraqlı görüşlərimiz oldu. Həm U-17, həm də U-16-nın məşqçiləri ilə görüşdük. Futbolçulara çatdırdıq ki, gələcəkdə onlara böyük ümidlər bəslənilir. Öz üzərlərində işləməli, inkişaf etməli və futbolumuza xeyir verməlidirlər. Bu proseslər vacibdir. Klubların bizi dinləməsi, fikir mübadilələrinin qarşılıqlı anlaşma şəraitində keçməsi də xoş haldır. Bu işlərin bəhrəsini gələcəkdə mütləq görəcəyik.
- Klublarımızın çempionatın ikinci yarısına hazırlığı Məşqçilər Komitəsinin üzvləri tərəfindən necə dəyərləndirilir?
- Əgər Azərbaycan futbolunun inkişafından danışırıqsa, ilk növbədə klublara diqqət yetirməli, onlardan başlamalıyıq. Klublarımız çempionatda iddialı olmalı, yüksək yerlər uğrunda mübarizə aparmalı, avrokuboklarda da öz sözünü deməlidir. Hazırkı mənzərəyə diqqət yetirsək, klublarda işlərin peşəkar səviyyədə qurulduğunu görərik. Aparılan işlər tezliklə bəhrəsini verəcək. Klub-yığma sistemini bərpa etməklə, onların maraqlarını üst-üstə qoymaqla inkişafa nail olacağıq. Yenə deyirəm, səfər çox səmərəli, faydalı keçdi.
- Millinin futbolçuları toplanışlarda və yoxlama oyunlarında necə təsir bağışlayırlar?
- Milli komanda haqda çox danışmaq istəmirik. Çünki baş məşqçi də buradadır və köməkçiləri ilə birgə oyunları, məşqləri izləyir. Ehtiyac duyulsa, biz müəyyən tövsiyələr verə bilərik. Ancaq yığmanın üzvlərinin özlərini yaxşı tərəfədən göstərdiklərini deyə bilərəm.
- Diqqətinizi xüsusi cəlb edən futbolçular oldumu?
- Konkret adlar çəkmək istəmirəm. Amma belə futbolçular olub. Prosineçki və köməkçiləri bütün futbolçuları diqqətdə saxlayır.
- Klublarla, eləcə də yığma komandalarla görüşdüyünüzü dediniz. AFFA rəhbərliyinə təqdim etmək üçün hansı təklifləri hazırlayırsınız?
- Bunları sistem, layihə halına salmaq üçün müəyyən vaxt lazımdır. Biz indi tövsiyə xarakterli böyük layihə hazırlayırıq. Həmin təklifləri AFFA rəhbərliyinə təqdim edəcəyik.
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
İnfantinoya rəqib gəlir?
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Konfrans Liqasında oyun günü
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar
Misli Premyer Liqasında 11-ci turun hakimləri
1 oyun, 51 nəfər qırmızı vərəqə, dünya rekordu - Video
Həftənin oyunçusu kim olacaq? - 1-i het-trik, 3-ü dubl edib
“Sabah”ın futbolçusu: “Bundan nəticə çıxarmalıyıq”
“Fənərbaxça”dan “Liverpul”a İstanbul şoku - Video
Yaxşı övlad doğma evinə qayıdar! - Almeyda Bakıdadır
Dambrauskas “Vikinq”ə məğlubiyyətin səbəblərini açıqladı
"Fənərbaxça" "Liverpul"a qalib gəldi, "Real"dan qələbə
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Sabah"da itki - Oyuna davam edə bilmədi
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib