“Qəbələ”nin sabiq baş məşqçisi, hazırda Rusiyanın “Mordoviya” klubunu çalışdıran Yuri Syominin müsahibəsi
- Azərbaycanı tərk etdikdən sonra bir müddətdir “Mordoviya”da çalışırsız. Geridə qalan müddətdə ölkəmiz üçün darıxmırsız?
- Azərbaycanla bağlı xoş xatirələrim qalıb. Özümə qarşı orada gördüyüm münasibət əla idi. Futbol, təşkilatçılıq baxımından da hər şey yüksək səviyyədə idi. Qəbələdə çox gözəl meydançalar var ki, o cür stadionlara hər yerdə rast gəlmək mümkün olmur. Yenidən Azərbaycana gəlmək istərdim. Əgər “Qəbələ” rəhbərliyi dəvət etsə, yeni stadionunun açılışında məmuniyyətlə iştirak edərəm. Dostlarım çoxdur Azərbaycanda. Boş vaxt tapan kimi mütləq onları görməyə gələcəyəm.
- “Qəbələ”dən ayrıldıqdan sonra peşmançılıq hissi keçirmədiniz? Düşünmədiniz ki, bəlkə avrokuboklarda da komandanı meydana çıxarsaydım, daha yaxşı olardı...
- Mənim planlarım başqa cür idi. Kubokun finalından sonra istirahətə yollanmağı və Braziliyada keçirilən dünya çempionatının oyunlarını izləməyi nəzərdə tutmuşdum. Əvvəldən bütün hazırlıqlar da görülmüşdü. Lakin sonradan elə alındı ki, “Mordoviya” ilə anlaşmaq barədə qərar qəbul etdim.
- Kubokun finalında qalib gəlsəydiniz də, qərarınız dəyişməyəcəkdi?
- Yox. Nəticə burada rol oynamırdı. Uduzmağımıza gəldikdə isə həmin gün biz yaxşı çıxış etdik. Sadəcə, bəxtimiz gətirmədi.
- Bu gün “Qəbələ”nin “Kuban”a qarşı keçirdiyi yoxlama oyununu izlədiniz. İndiki komanda ilə sizin çalışdırdığınız “Qəbələ” arasında fərqlər çoxdu?
- Hazırkı heyətdə yüksək səviyyəli azərbaycanlı futbolçular çoxluq təşkil edir. Bu, müsbət məqamdır. Hiss olunur ki, hər biri keyfiyyətli futbolçulardı. Seçim yaxşı aparılıb. Elvin Camalovun oyununu bəyəndim. Mənim vaxtımda o, uşaq idi. İndi isə artıq əsas heyətdə meydana çıxır. Sevindirici məqamdır. Bütün bu işlər Azərbaycan futbolununun inkişafı üçün görülür. İnanıram ki, tezliklə ölkənizdə də futbolun səviyyəsi yüksələcək.
- Ruslan Abışovun çıxışı haqda nə söyləyə bilərsiz?
- Abışov təcrübəli futbolçudu. Amma ayrı-ayrılıqda oyunçuları dəyərləndirmək istəmirəm. Dediyim kimi, hazırda “Qəbələ”də yaxşı yerli futbolçular cəmləşib. Komanda uduzsa da, bu, yoxlama oyunudur. Hiss olunur ki, komanda təlim-məşq toplanışı keçir.
- Siz Rusiya futboluna yaxşı bələdsiz. Necə düşünürsüz, Ruslanın “Rubin”dəki karyerasının alınmamasının səbəbi nədir?
- Ilk növbədə onu deyim ki, həmin dövrdə “Rubin” çox güclü idi. Komanda ən yüksək yerlər uğrunda mübarizə aparır və avrokuboklarda inamla çıxış edirdi. Ola bilər ki, rəqabətə tab gətirmədi. Üstəlik Kazan klubunda əcnəbi futbolçuların sayı çox idi. Ruslan da legioner sayılırdı və bu məqam da onun əleyhinə idi.
- “Mordoviya” ilə anlaşdıqdan sonra “Qəbələ”də rəhbərliyiniz altında çıxış edən İbrahima Niasse və Lorense Ebesilionu da özünüzlə birgə Rusiyaya apardınız. Gələcəkdə “Qəbələ”dən hansısa futbolçuları “Mordoviya”ya cəlb etmək fikriniz var?
- Bu haqda danışmağa hüququm yoxdu. Klub rəhbərliyi ilə çox gözəl münasibətim var. Onların icazəsi olmadan heç kimi “Qəbələ”dən transfer edə bilmərik. Ona görə də bu haqda danışmaq düzgün çıxmaz. Əgər gələcəkdə hansısa futbolçu ilə maraqlansaq, ilk növbədə klublar arasında razılıq əldə edilməlidir.
- Azərbaycan Premyer Liqasında çıxış edən digər klublardan necə, maraq dairənizdə olan futbolçu var?
- Azərbaycanda yaxşı oyunçular çoxdu. Götürək “Qarabağ”ı. Bu klubda legionerlərlə yanaşı, yerli futbolçuların da səviyyəsi olduqca yüksəkdir. Onlar təkcə Rusiyada deyil, istənilən ölkədə çıxış edə bilərlər.
- “Qarabağ”dan söz düşmüşkən, bu komandanın Avroliqanın son turunda “İnter”ə qarşı keçirdiyi oyunda baş verən haqsızlığa münasibətiniz necədir?
- Orada həqiqətən də kobud hakim səhvi var idi. “Qarabağ” qələbəyə layiq idi və növbəti mərhələyə də adlamalıydı. Oyun zamanı stadionun dolması da çox gözəl mənzərə idi. Azarkeşlər “Qarabağ”a yaxşı dəstək verdilər.
Mənbə: Futbolxeber.az
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
İnfantinoya rəqib gəlir?
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Konfrans Liqasında oyun günü
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar
Misli Premyer Liqasında 11-ci turun hakimləri
1 oyun, 51 nəfər qırmızı vərəqə, dünya rekordu - Video
Həftənin oyunçusu kim olacaq? - 1-i het-trik, 3-ü dubl edib
“Sabah”ın futbolçusu: “Bundan nəticə çıxarmalıyıq”
“Fənərbaxça”dan “Liverpul”a İstanbul şoku - Video
Yaxşı övlad doğma evinə qayıdar! - Almeyda Bakıdadır
Dambrauskas “Vikinq”ə məğlubiyyətin səbəblərini açıqladı
"Fənərbaxça" "Liverpul"a qalib gəldi, "Real"dan qələbə
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Sabah"da itki - Oyuna davam edə bilmədi
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib