"Mənim üçün azarkeş sevgisi puldan önəmli olub"

"Mənim üçün azarkeş sevgisi puldan önəmli olub"
ÖLKƏ FUTBOLU 23 Yanvar 2015 / 01:29 5220
-  A +

"Hazırlıq prosesi yüksək səviyyədə keçir. Birinci mərhələdə fiziki yükləmələrlə hazırlaşırıq. Çalışırıq ki, məşqçilərin verdiyi tapşırıqları yerinə yetirək. Çünki başa düşürük ki, çempionatın üçünxü dövrəsində bizi ağır oyunlar gözləyir". 

Bu sözləri Qol.Az-ın Antalyaya ezam olunmuş müxbirinə açıqlamasında "Qarabağ"ın futbolçusu Rəşad Sadıqov deyib.

Millimizin baş məşqçisi Robert Prosineçkinin onun yığmanın kapitanı olaraq qalacağı ilə bağlı fikrinə münasibət bildirən R.Sadıqov bunları bildirib:

"Bu barədə heç nə demək istəmirəm. Aramızda çox səmimi söhbət olub. Onun hər kəlməsindən böyük futbolçu və futbol bilicisi olduğu hiss olunurdu. O, bizə həqiqətən inanır və bizimlə uğur qazanmaq istəyir. İlk görüşlərdən futbolçuları psixoloji baxımdan hazırlamaq istəyir. Bu da bizdə özümüzə inam hissini artırır. Milli komandanın baş məşqçisinin bizə inanmağı önəmlidir. Elə özümdən götürürəm ki, bu da bizi daha məsuliyyətli olmağa vadar edir.

Onunla nə danışmışıq, aramızda qalsa, yaxşıdır. Bundan sonra da Prosineçki ilə görüşməyə hazıram və yığma üçün əlimdən gələn hər şeyi edəcəm. Çünki demək olar ki, millidəki karyeramın sonlarıdır. Mən də istəyirəm ki, millidəki karyeramın sonu yaxşı alınsın və azarkeşlərin yaddaşında yaxşı qalım. Bu haqda çox düşünürəm. Bilmirəm, nə qədər milli komandada oynayacam, amma mənim üçün azarkeşlərin sevgisi hər zaman puldan qat-qat önəmli olub. Ən böyük arzum millidəki karyeramı azarkeşlərin gözündə yaxşı futbolçu kimi bitirməkdir. Bunun üçün var gücümlə çalışacam".

Daha çox


Son xəbərlər