“Qarabağ”ın yarımmüdafiəçisi Muarem Muaremin müsahibəsi
- Antalyada təlim-məşq toplanışınız necə keçir?
- Məşqlərimiz davam edir. Hazırlıqla yanaşı indiki məqamda zədədən qaçmaq da çox önəmlidir. Bu baxımdan da vəziyyət yaxşıdır. Çumbinyo istisna olmaqla heç bir itkimiz yoxdur. Onun da zədəsini sağaltmasına az qalıb.
- İlk yoxlama oyununda uduzan “Qarabağ” İsveçrə “Sürix” ilə matçda yalnız sona yaxın məğlubiyyətdən qurtuldu. Bunun səbəbini necə izah edə bilərsən?
- İlk oyunda məşqlərə təzə başlamışdıq. Cəmi beş gün idi hazırlıq keçirdik. Əsas heyət cəmi bir hissə oynadı. “Sürix”lə matçda isə 60 dəqiqə meydanda olduq. Oyundan-oyuna artırırıq. Narahatlığa əsas yoxdur. Çempionatda üçüncü dövrənin startına kimi formaya düşəcəyik
- “Eskişehirspor”a transferin alınmadı. Bundan məyus oldun?
- “Eskişehirspor”dan təklif aldığımı toplanışın startına üç gün qalmış öyrəndim. Mən “Qarabağ”dakı durumumdan məmnunam. Baş məşqçimizə dedim ki, əgər klubum icazə versə, gedəcəm. Ola bilər “Eskişehirspor”la avrokuboklarda oynamayım. Amma orda oynamaq istərdim. Vacib olan “Qarabağ”ın razılığı idi.
- Transferin yayda gerçəkləşməsi mümkündür?
- Maya qədər “Qarabağ”la müqaviləm var. İki klub arasında razılıq əldə olunsa, təklifi müsbət cavablandıracağam.
- Sosial şəbəkədə “Qarabağ” azarkeşlərinə vida etdiyin qeyd olunmuşdu...
- Bunu mən etməmişəm. Ümumiyyətlə, həmin profildən istifadə etmirəm. Bunu kimsə mənim adımdan edib. Razılıq olsaydı, öncə mətbuata açıqlama verərdim.
- Belə başa düşdüm ki, Türkiyədə oynamağı istəyirsən. Orada səni ən çox nə cəlb edir?
- Türkiyə superliqasının səviyyəsi yüksəkdir. Həm də Türkiyə pasportum var. Transfer olsam, yerli futbolçu statusu ilə oynayacağam. Bu keçiddə mənim üçün pul heç də ön planda dayanmır. Karyeram üçün çox vacib addımdır.
- “Qarabağ”dan yeni müqavilə ilə bağlı təklif almısan?
- Hələ yox. Çünki onlara maya qədər burda olduğumu demişəm. Qarşıda dörd ay var. Danışıq mütləq olacaq. Ən yaxşı təklifi dəyərləndirəcəyik.
- Maliyyə burada əsas rol oynayacaq?
- Türkiyəyə pula görə getmək fikrində deyiləm. Superliqaya sevgim var, orda oynamaq istəyirəm. Sadəcə, klublar transfer məbləğində razılaşmadıqlarına görə, keçidim alınmadı.
- Premyer Liqadakı əsas rəqibləriniz qış fasiləsində sizdən fərqli olaraq heyətlərini gücləndirirlər. Bu, sizi narahat edir?
- Mövsümün ikinci hissəsi çətin keçəcək. “İnter”in çıxışını izləyirik. Yoxlama oyunlarında yaxşı nəticələr əldə edirlər. Heyətlərini də gücləndiriblər. “Qəbələ” də yaxşı transferlər edib. “Neftçi”ni də siyahıdan silmək olmaz.
Mənbə: futbolxeber.az
Türkiyədə 600 futbolçu dindirilməyə çağırılacaq
Məşhur klub satılır
“Barselona” Reşford üçün qərar verməyə tələsmir
“Qalatasaray”dan mövsümün ilk məğlubiyyəti
"Qarabağ" derbidə "Neftçi"ni belə məğlub etdi - Video
"Belə oyunların sayı çox olsa, çempionatda inkişaf daha sürətli olar" - Qurban Qurbanov
“Aston Villa”dan əzmkar oyun, 4 cavabsız qol
"Qarabağ" "Neftçi"yə, “Sabah” “Kəpəz”ə qalib gəldi
“Sassuolo” səfərdə “Atalanta”nı darmadağın etdi
"Sabah" səfərdən 3 xalla qayıtdı - Video
Voleybol millimiz Türkiyəyə məğlub oldu
"Oyundan yox, nəticədən məmnunam" - Valdas Dambrauskas
Asim Xudiyevə UEFA-dan növbəti təyinat
"Qarabağ" - "Neftçi" - Heyətlər
“Real” Rüdiger ilə danışıqları dayandırdı
Yüksək Liqanın oyun cədvəli açıqlandı
Olimpiya çempionumuz İslamiadada finala yüksəldi
Messinin 400-cü assisti
"Kəpəz" braziliyalı oyunçu ilə yolları ayırdı
"Kəpəz" - "Sabah" - Heyətlər
Ruy Koşta yenidən "Benfika"nın prezidenti seçildi
Azərbaycan klubundan Tanzaniya millisinə
Millimizin üzvü oynadı, komandası qalib gəldi
Messi dubl etdi, “İnter Mayami” 1/4 finala yüksəldi
Qrizmann Messinin La Liqadakı rekordunu qırdı
Premyer Liqanın liderindən xal itkisi - Video
“Beşiktaş” 3 xalı 3 qolla qazandı - Video