Milli komandamızın baş məşqçisi Robert Prosineçki Qol.Az saytının Antalyaya ezam olunmuş əməkdaşının suallarını cavablandırıb.
- “Qarabağ” - “Sürix” oyununu (1-1) canlı olaraq stadiondan izlədiniz. Meydanda sizin etimadınızı qazanan futbolçular oldumu?
- Oyundan tam razı qaldım. “Qarabağ”da forma geyinən milli üzvləri çox yaxşı çıxış etdilər. Konkret kimisə xüsusi qeyd etmək istəmirəm, amma Rəşad Sadıqov, Bədavi Hüseynov, Maksim Medvedyev, Qara Qarayev və digərlər milli komandada oynayan futbolçular özlərini yaxşı tərəfdən göstərdilər. Onların oyununu bəyəndim. Bu gün meydanda maraqlı və sürətli oyunun şahidi olduq.
- Antalyada olduğunuz müddətdə milli komandaya namizəd futbolçuların çıxışını izləyirsiniz. Son təəssüratlarınız necədir?
- Antalyada olduğum müddətdə əksər klubların oyularını izləmişəm. Aydın məsələdir ki, fasilədən sonra komandalar ideal formada olmurlar. Amma zaman keçdikcə formaya düşürlər. Gördüklərimdən razıyam. Ümidləri doğrulda biləcək yaxşı, perspektivli futbolçular var. Oyunçular çalışırlar. İzlədiyim qarşılaşmalardan da görünür ki, əllərindən gələni edirlər. Gördüklərimə əsasən deyə bilərəm ki, millinin oyun keyfiyyətini artıra bilərik. Fevralda təlim-məşq toplanışında olacağıq. Düzdür, “Neftçi”nin üzvləri, eləcə də legioner həyatı yaşayan futbolçular fevralda keçiriləcək təlim-məşq toplanışında olmayacaqlar. Amma yenə də toplanış faydalı olacaq.
- Bəs Türkiyədə legioner həyatı yaşayan azərbaycanlı futbolçuların oyunlarını necə? izləmək imkanınız oldu?
- Təbii ki, onlar haqda da məlumatım var. Mən burada tək deyiləm. Mənim hər oyuna getməyim qeyri-mümkündür. Oyunlarına canlı baxmasam belə, hər bir futbolçu haqda ətraflı məlumatım var. Norveçlə oyunda onların bir çoxunu izlədim. Kimin nəyə qadir olduğunu bilirəm. Mənə lazım olan bütün məlumatlar əlimin altındadırr. Onu da deyim ki, mənim üçün milliyə çağıracağım futbolçunun yaşı önəmli deyil. Gənclərə də özlərini göstərmək üçün imkan verəcəyəm, təcrübəlilərə də. Əsas futbolçunun yaşı yox, hansı formada olmasıdır. Milli komandanın heyətində gənc və istedadlı futbolçular görə biləcəksiniz.
- Fevraldakı təlim-məşq toplanışında millimiz yoxlama oyunu da keçirəcək. Rəqibin kimliyi məlumdurmu?
- Hələ rəqib tapmamışıq. FİFA-nın təqvimində həmin vaxt millinin oyunları üçün xüsusi gün kimi qeyd olunmayıb. Bu səbəbdən də rəqib tapmaq asan deyil. Lakin axtarışlarımız davam edir. Çalışacağıq ki, təlim-məşq toplanışı dövründə bir neçə yoxlama oyunu keçirək.
- “Qarabağ”ın kapitanı Rəşad Sadıqovla keçirdiyiniz görüş haqda nə deyə bilərsiniz?
- Maraqlı və səmimi söhbət oldu. Rəşad Sadıqov çox yaxşı futbolçudur. Hiss edirəm ki, o millinin formasını geyinməyi, komandanın uğur qazanması üçün əlindən gələni etməyə hazırdır. Onun enerjisi də buna imkan verir. "Sürix"lə matçda da yaxşı oynadı. Rəşadın təcrübəsi milliyə gələcəkdə də faydalı olacaq. Mən çalışacam ki, kapitanla gələcəkdə belə görüşlərimiz tez-tez olsun.
- Rəşad Sadıqovu əvvəl olduğu kimi sizin dövrünüzdə də milli komandanın kapitanı qismində görə biləcəyik?
- Təbii ki. Milliyə çağırıldığı müddətdə Rəşad millinin kapitanı olacaq. O kapitanlığa layiq bir futbolçudur.
Ergün SEYİD,
Antalya
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
İnfantinoya rəqib gəlir?
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Konfrans Liqasında oyun günü
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar
Misli Premyer Liqasında 11-ci turun hakimləri
1 oyun, 51 nəfər qırmızı vərəqə, dünya rekordu - Video
Həftənin oyunçusu kim olacaq? - 1-i het-trik, 3-ü dubl edib
“Sabah”ın futbolçusu: “Bundan nəticə çıxarmalıyıq”
“Fənərbaxça”dan “Liverpul”a İstanbul şoku - Video
Yaxşı övlad doğma evinə qayıdar! - Almeyda Bakıdadır
Dambrauskas “Vikinq”ə məğlubiyyətin səbəblərini açıqladı
"Fənərbaxça" "Liverpul"a qalib gəldi, "Real"dan qələbə
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Sabah"da itki - Oyuna davam edə bilmədi
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib