"Yeni təklifləri səbirsizliklə gözləyirəm" - Foqts

"Yeni təklifləri səbirsizliklə gözləyirəm" - Foqts
ÖLKƏ FUTBOLU 21 Yanvar 2015 / 15:48 4312
-  A +

"Son 3-4 ayda mənə yeni ürək qapağı lazım olduğunu bilirdim. Əməliyyata hazır idim. İndi özümü çox yaxşı hiss edirəm".

Qol.Az-ın məlumatına görə, bu sözləri ürəyindən əməliyyat olunan millimizin sabiq baş məşqçisi Berti Foqts "Bild" qəzetinə açıqlamasında deyib.

Almaniyalı mütəxəssis menecer və idman direktoru vəzifəsində çalışmaq istədiyini bildirib: "Menecer və ya idman direktoru vəzifəsində çalışmaq istəyirəm. Daha öncə müqavilə imzalamağa yaxın idim. Artıq yeni təklifləri səbirsizliklə gözləyirəm".

Qeyd edək ki, Foqts 2008-2014-cü illərdə Azərbaycan yığmasının baş məşqçi vəzifəsində çalışıb. 

Daha çox


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner