Antalyada təlim-məşq toplanışında olan “Neftçi” bu gün növbəti yoxlama oyununu keçirib.
Qol.Az-ın məlumatına görə, Arif Əsədovun komandası Türkiyənin "Elazığspor" klubu ilə qarşılaşıb. Bu matçda "Neftçi" minimal hesabla uduzub - 0:1.
Qarşılaşmadan öncə 20 yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və futbolçular oyuna qara sarğı ilə çıxıb.
Qeyd edək ki, "Neftçi"nin sabiq futbolçusu Cavid İmamverdiyevin şərəfini qoruduğu "Elazığspor" klubu Türkiyə birinci liqasında geridə qalan 16 turdan sonra 23 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.
Xatırladaq ki, ilk yoxlama matçında Səudiyyə Ərəbistanın “Hajer” klubuna 3:1 hesabı ilə qalib gələn "Neftçi" son oyununda Türkiyə təmsilçisi "Kayseri Erciyesspor"la 0:0 bərabərə qalıb.
20 yanvar
Yoxlama oyunu
19:00. "Neftçi" (Azərbaycan) - "Elazığspor" (Türkiyə) - 0:1
Qol: Franko Dario Kangele, 44 (0:1)
Modriç əməliyyat olundu
“Qarabağ” 700-ə çatdı
“Qarabağ”da 200-cü oyun
Premyer Liqada 60-cı qol
Son 15 mövsümün rekordu
"Hücum xəttini dəyişmək çətindir, ciddi rəqabət var"
Dilanovun dublu, "Ağdaş"ın 5 qollu qələbəsi - Video
"Qırmızı vərəqə planlarımızı pozdu" - Fizuli Məmmədov
Tovuzda vurulan 2 qol - Video
Matçın əlavə vaxtında 3 qol vurdular
"Sabah"dan qələbə, "Turan Tovuz" - "Zirə" matçında heç-heçə
"Gənc oyunçu şansı özü qazanmalıdır" - Kurban Berdiyev
"Barselona" Reşfordla razılaşıb
"Fənərbaxça"nın qapıçısı VAR ekranına zərbə endirdi - Video
Modriç mövsümü başa vurdu
"Sabah" - "Karvan-Yevlax": Heyətlər
"Araz Saatlı" "Göygöl"ə, "Ağdaş" "Şəki Siti"yə qalib gəldi