Millimizin sabiq baş məşqçisi Berti Foqts ürəyindən əməliyyat olunub.
Qol.Az-ın "Report"a istinadən yaydığı xəbərə görə, tibbi müdaxilə ötən həftə Almaniyanın Tübingen Universitetinin klinikasında aparılıb.
Əməliyyat nəticəsində B.Foqtsun ürəyinə süni klapan qoyulub. Hazırda klinikanın intensiv terapiya şöbəsində olan almaniyalı mütəxəssis bir neçə gün sonra evinə buraxılacaq. B.Foqts "Bild" nəşrinə açıqlamasında hazırda özünü yaxşı hiss etdiyini bildirib: "İndi ürəyim çox gözəl çalışır. Son 3-4 ayda bilirdim ki, mənə yeni ürək
klapanı lazımdır. Əməliyyata hazır idim".
69 yaşlı mütəxəssis Azərbaycan millisini 2014-cü il oktyabrın 13-də "Avro-2016"nın seçmə qrup matçında Xorvatiyaya 0:6 hesablı məğlubiyyətdən sonra tərk edib. Həmin vaxt B.Foqts hazırkı heyətlə uğur qazanmağın qeyri-mümkün olduğunu səbəb göstərib. Almaniya mətbuatı isə onun məhz səhhətindəki problemlərlə əlaqədar portunu tərk etdiyini güman edib.
Qeyd edək ki, Berti Foqts Azərbaycan milli komandasında 2008-ci ilin aprelindən baş məşqçi kimi fəaliyyətə başlayıb. Onun istefası barədə rəsmi açıqlama ötən il oktyabrın 17-də açıqlama verilib.
Mbappenin son durumu bəlli oldu
"Qarabağ"- "Sabah" matçından maraqlı anlar - Video
"Yuventus" onun müqaviləsini yenilədi
Klubda uğursuz debüt edən ikinci baş məşqçi oldu
Baş məşqçi yenidən Premyer Liqaya qayıtmağı hədəfləyir
AFFA: "Neftçi”nin qapısına penalti qərarı doğrudur!" - Video
Niderland və Əlcəzair milliləri hazırlıq oyunu keçirəcək
UEFA azarkeşlərə görə klubu cəzalandırdı
"Son qarşılaşmada özümüzü yaxşı tərəfdən göstərə bilmədik"
İki fərqli klubda çalışdı, komandası eyni rəqibə qalib gəldi