“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı çərçivəsində Xorvatiyanın “RNK Split” komandası ilə keçirilən yoldaşlıq görüşü (1:3) haqda fikirlərini bildirib.
Qol.Az-ın məlumatına görə, o, oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
- İlk öncə oyunla bağlı fikirlərinizi öyrənək...
- Hazırlıq prosesi qısa vaxt çərçivəsində olduğu üçün yoxlama oyununa istədiyimiz formada çıxa bilmirik. Bu oyun ilk sınaq qarşılaşmamız idi. Matçdan razı qaldım. Sözün açığı qarşılaşmanın belə sürətli olacağını düşünmürdüm. İlk hissə bizim üçün bir az çətin keçdi. Amma ikinci hissədə topa nəzarət edən tərəf demək olar ki, biz idik. Belə bir nəticə gözləmirdik. Bütün futbolçularımız da meydanda çox həvəsli idilər. Məğlub olmağımıza baxmayaraq çox maraqlı oyun oldu. Həm yaxşı mübarizə, həm də çoxlu qol epizodları var idi. Sadəcə ilk iki qolda komandamız biraz diqqətsizlik etdi. Bu da normal bir şeydir. Çünki rəqibi tam yaxşı tanımırıq.Oyunçularımız belə komandalara qarşı diqqətli olmalıdırlar. Çünki təcrübəli komandaya qarşı mübarizə aparırdıq.
- “RNK Split” klubu U-17 millimizlə də yoxlama matçı keçirdi. Ancaq komanda bu dəfə fərqli futbolçularla meydana çıxmışdı.
- Sözün düzü “RNK Split” klubunun oyunçularını elə də tanımıram. Klub haqqında yaxından məlumatım olmadığı üçün dəqiq heçnə deyə bilmərəm. Amma xüsusilə ilk hissədə tamamilə əsas heyyətin oyunçuları ilə mübarizə apardılar. İkinci hissədə də rəqibin əsas aparıcı futbolçularının bəzilər dəyişilmədi. “RNK Split” ümumilikdə çox yaxşı kollektivə malik olan komandadır. Çox təcrübəli futbolçulara sahibdirlər.
- Komandanız Antalyadakı təlim-məşq toplanışına qoşulmadan öncə kifayət qədədər uzun fasilədə oldu. Futbolçular istirahətdən necə dönüblər?
- Futbolçuların çoxu fasiləni öz ailələrinin yanında oldular. İstirahəti harda və necə keçirmələri bizim üçün o qədər də önəmli deyildi. Bizə maraqlı olan onların hansı vəziyyətdə dönmələri idi. Tapşırılan proqramı futbolçuların böyük əksəriyyəti yerinə yetirib və normal vəziyyətdə sıralarımıza qoşulublar. Onların hazırlıqlarının testini götürdük. Əksəriyyətinin göstəriciləri yaxşı idi. Amma aşağı nəticələri olanlar da oldu. Ümumi nəticədə gördük ki, həm yaxşı istirahət ediblər, həm də yaxşı hazırlaşıblar.
- Muarem Muaremin transferində son vəziyyət nə yerdədir?
-Muaremlə bağlı son iki gündür ki, danışıqlar müvəqqəti dayanıb. “Eskişehirspor” son təkliflərini göndərməlidir. Amma hal hazırda ciddi bir təklif yoxdur.
- Transfer danışıqları müvəqqəti dayanıb, yoxsa birdəfəlik?
- Bu məsələ ilə bağlı son nəticələr iki günə tam dəqiq bilinəcək.
- Razılıq əldə olunmamasının əsas səbəbi futbolçu üçün “Eskişihərspor”un aşağı məbləğ təklif etməsidir?
- Təklif olunan məbləğın az olması məsələsi də daxil olmaqla bəzi problemlər var ki, buna görə klublar arasında razılıq əldə olunmur. Biz də istərdik ki, futbolçumuz Türkiyə superliqasinda oynasın və klubla əməkdaşlığımız başlasın. Amma biz ilk öncə futbolçunu düşünməliyik. Oyunçumuzun özüdə bilməlidir ki, hara gedir. Bu məsələdə maraqlarımız önəmlidir. Biz futbolçumuzun gələcəyini düşünməliyik. Muarem Muarem bizim lazımlı oyunçularımızdandır. Qarşıda çempionatda bizi ağır oyunlar gözləyir. Buna görə də çempionatın 3-cü dövrəsinin başlamasına az qalmış əsas heyət oyunçularımızdan birini itirməyi istəmərik.Amma hər iki tərəfi qane edən razılıq olsa, futbolçunun qarşısını kəsmərik. Hər bir futbolçumuzun yaxşı kluba transfer olunması önəmlidir.
- Komandaya yeni futbolçular dəvət edəcəksiniz?
- Bir neçə oyunçu var ki, onlarla maraqlanırıq. Klublar arasında razılıq əldə olunsa, ən az bir futbolçu transfer edəcəyik.
Ergün SEYİD
Antalya
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
İnfantinoya rəqib gəlir?
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar
Misli Premyer Liqasında 11-ci turun hakimləri
1 oyun, 51 nəfər qırmızı vərəqə, dünya rekordu - Video
Həftənin oyunçusu kim olacaq? - 1-i het-trik, 3-ü dubl edib
“Sabah”ın futbolçusu: “Bundan nəticə çıxarmalıyıq”
“Fənərbaxça”dan “Liverpul”a İstanbul şoku - Video
Yaxşı övlad doğma evinə qayıdar! - Almeyda Bakıdadır
Dambrauskas “Vikinq”ə məğlubiyyətin səbəblərini açıqladı
"Fənərbaxça" "Liverpul"a qalib gəldi, "Real"dan qələbə
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Sabah"da itki - Oyuna davam edə bilmədi
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib