"Erkən qol buraxmağımız bizdə ruh düşkünlüyü yaratdı"

"Erkən qol buraxmağımız bizdə ruh düşkünlüyü yaratdı"
ÖLKƏ FUTBOLU 18 Yanvar 2015 / 00:47 5595
-  A +

"Yoxlama görüşü olsa da, məğlub olmağımız bizi çox məyus etdi. Amma səhvlərimizi görməyimiz üçün vacib oyun idi. Çalışacağıq ki, bu səhvləri düzəldib, çempionata daha yaxşı hazırlaşaq".

Bu sözləri Qol.Az-ın Antalyaya ezam olunmuş müxbirinə verdiyi açıqlamasında "Qarabağ"ın futbolçusu Danilo Diaş deyib.  

Braziliyalı futbolçu erkən qol buraxmalarının komandada ruh düşkünlüyü yaratdığını bildirib: "Oyunda tez qol buraxmağımız ruhdan düşməyimizə səbəb oldu. Rəqibə təzyiq göstərsək də, qalib gələ bilmədik. Baş məşqçimiz də bizə lazımi tapşırıqları verirdi. Bu toplanış formamı bərpa etmək üçün bir fürsətdir. Çalışacam ki, yaxşı forma yığaraq əvvəlki oyunumu bərpa edim".

Qeyd edək ki, "Qarabağ" Antalyada keçirdiyi ilk yoxlama matçında RNK (Split) klubuna 1:3 hesabı ilə uduzub.

Daha çox


Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu