Azərbaycan millisinin baş məşqçisi Hindistanda çalışacaq

Azərbaycan millisinin baş məşqçisi Hindistanda çalışacaq
ÖLKƏ FUTBOLU 17 Yanvar 2015 / 18:26 5872
-  A +

Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Nikolay Adama Hindistan Futbol Federasiyasından təklif gəlib.

Qol.Az-ın "The Times of İndia"ya istinadən yaydığı xəbərə görə, almaniyalı mütəxəssis Hindistanın 17 yaşadək futbolçulardan ibarət millisimə baş məşqçi təyin olunacaq.

N.Adamın yaxın vaxtlarda danışıqlara yollanacağı bildirilir.

Qeyd edək ki, Nikolay Adam daha öncə Azərbaycanın U-17 yığmasında çalışıb. 2013-cü ilin sonlarında isə o, U-19 yığmasına baş məşqçi təyin olunub. N.Adamın rəhbərliyi altında yığma komanda bu il keçiriləcək.  Avropa çempionatının elit mərhələsinə vəsiqə qazanıb və Rusiyanın Sankt-Peterburq şəhərində Valentin Qranatkinin xatirəsinə keçirilmiş ənənəvi beynəlxalq turnirdə 5-ci yeri tutub.

Daha çox


Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır