"Qəbələ" klubunun rumıniyalı futbolçusu Adrian Ropotan Qol.Az-ın Antalyaya ezam olunmuş müxbirinin suallarını cavablandırıb.
- "Qəbələ" təlim-məşq toplanışında keçirdiyi iki yoxlama matçında necə təsir bağışladı?
- Dediyiniz kimi, bu yoxlama oyunlarıdır. Nəticə bizim üçün önəmli deyil. Hazırda yaxşı komanda formalaşdırılması istiqamətində işlər görülür. Oyunçular arasındakı anlaşmanın daha da yaxşılaşdırılmasına çalışırıq. Baş məşqçinin bu istiqamətdə verdiyi tapşırıqları yerinə yetiririk.
- Hər iki yoxlama görüşündə meydana çıxdın. Öz oyununu necə dəyərləndirirsən?
- Öz oyunum haqda danışmağım düzgün olmaz. Bu barədə baş məşqçi nəsə deyə bilər. Mən sadəcə, əlimdən gələnin ən yaxşısını edirəm. Baş məşqçi oyunumdan narazı qalsa, öz üzərimdə daha çox işləməklə problemi aradan qaldırmağa çalışaram.
- Komanda 10 gündür Antalyadadır. Hazırlıqlar necə gedir?
- Hazırlıqlar plan üzrə davam edir. Komandada hər şey qaydasındadır. Qarşıdakı günlərdə daha bir neçə yoxlama oyunu keçirəcəyik. Ümid edirəm ki, bu oyunlardan sonra hər şey istədiyimiz kimi olacaq. Premyer Liqanın III dövrəsinin startına qədər istənilən səviyyəyə çatacağıq.
- Yeni baş məşqçi Roman Qriqorçuk haqda nə deyərdin?
- Başqası haqda fikir söyləməyi xoşlamıram. Mən yalnız özüm və oyunum haqda düşünürəm. Əsas diqqət komandanın komplektləşməsinədir. Fərdi şəxslər haqda düşünmək önəmli deyil.
- Komandanın mövsümün ilk iki dövrəsindəki çıxışını necə dəyərləndirərdin?
- Mövsümün əvvəlində hər şey qaydasında gedirdi. Lakin "Araz Naxçıvan" klubunun Premyer Liqada çıxışını dayandırmasından sonra "Qəbələ"nin aktivindən 6 xal silindi. Bu isə bizim turnir cədvəlindəki mövqeyimizə təsirsiz ötüşmədi. Əgər 6 xal silinməsəydi, daha yüksək pillələrdə qərarlaşa bilərdik. Lakin bu, artıq geridə qaldı. Bizi bundan sonra keçmiş yox, gələcək maraqlandırmalıdır. Öz üzərimizdə daha çox işləməliyik. Mövsümün sonuna doğru yüksək pillələrdə qərarlaşmalıyıq.
- Geridə qalan 18 turda sənin üçün ən yadda qalan oyun hansı oldu?
- Rəqiblərdən asılı olmayaraq oyunların heç birini ayırmaq istəmirəm. Bütün oyunlar bizim üçün önəmli və yadda qalan idi. Lakin 16-cı turda evdə "Qarabağ"a qalib gəldiyimiz oyun (2:1) mənim üçün yadda qalan oldu.
- Rumıniyada "Dinamo" (Buxarest) klubunda çıxış etmisən. Rumıniya çempionatı ilə Premyer Liqamızı necə müqayisə edərdin?
- Rumıniyada 6 il öncə oynamışam. Həmin vaxt "Dinamo" Çempionlar Liqasının qrup mərhələsində oynamaq uğrunda mübarizə aparırdı. Hazırda isə orada maliyyə problemləri var. Azərbaycan Premyer Liqasına gəlincə çempionat ildən-ilə inkişaf edir. Yaxşı futbolçular transfer olunur. Klublar daha da güclənir. Lakin Rumıniya çempionatında çıxış edən klubların sayı daha çoxdur. Üstəlik Azərbaycan Premyer Liqasının reqlamenti də fərqlidir. Burada bir komanda ilə mövsüm ərzində 4 dəfə oynayırsan. Mən daha əvvəl bunun şahidi olmamışam.
- Sənin mövqeyində bir sıra təcrübəli futbolçular çıxış edir. Əsas heyətə düşmək uğrunda rəqabət səni qorxutmur ki?
- Əslində futbolun gözəlliyi də elə rəqabətdədir. Burada qorxmalı bir şey yoxdur. Əksinə, əsas heyətə düşmək üçün məşqdən-məşqə, oyundan-oyuna daha yaxşı çıxış etməyə çalışırsan. Bu, komanda üçün də faydalıdır. Əgər bir mövqedə 1 və ya 2 futbolçu olduqda, həmin oyunçular növbəti görüşlərdə meydana çıxacaqlarından şübhə etmirlər. Lakin eyni mövqedə çox sayda futbolçu olduqda isə komandada rəqabət daha da güclənir. Bu da komandanın gücünə güc qatır.
- Komandanın bu mövsüm əsas hədəfi nədir?
- Mövsümün əvvəlində bizim bir hədəfimiz var idi - çempion olmaq. Lakin indi turnir cədvəlində baxdıqda, vəziyyətimiz elə də ürəkaçan deyil. Bundan sonrakı hədəfimiz isə bütün görüşlərdə qələbə qazanmaqla, ən azı mövsümü üçüncü pillədə başa vurmaqdır. Bunun üçün əlimizdən gələni edəcəyik.
- Bu mövsüm medallar uğrunda mübarizədə özünüzə əsas rəqib kimi hansı komandanı görürsən?
- Bütün klublara əsas rəqib kimi yanaşırıq. Lakin turnir cədvəlində baxdıqda, "Qarabağ"ın daha güclü olduğunu və ilk pillədə qərarlaşdığını görürük. Ağdam təmsilçisi xal fərqi ilə bizdən çox öndədir. "İnter" və "Neftçi" isə ilk "üç"lüyü qapayır. Əsas rəqib kimi elə bu 3 komandanın adını çəkə bilərəm. Bayaq dediyim kimi əsas hədəfimiz ilk "üçlük"də qərarlaşmaqdır. Bunun üçün də turnir cədvəlində həmin 3 klubdan birini qabaqlamalıyıq. Lakin digər klubları da yaddan çıxarmaq olmaz.
- Komanda kubokda da mübarizəni davam etdirir. İki cəbhədə mübarizə aparmaq komanda üçün çətin olmayacaq?
- Peşəkar komanda və futbolçular üçün bu, çətin olmamalıdır. Avropa çempionatlarına nəzər yetirdikdə orada il ərzində klublar 60-70 oyun keçirirlər. Digərlərini deyə bilmərəm, mənim üçün çətin olmayacaq. Əksinə mövsüm ərzində daha çox oyun keçirməkdən zövq alıram.
Vüsal HÜSEYN,
Antalya
Premyer Liqa matçlarının tarixləri dəyişdirildi
Şəmkirdə vurulan 7 qol - Video
PSJ - "Bavariya" matçının heyətləri açıqlandı
Kurtua "El-Klassiko"ya hazırlaşır
FİFA-nı sülh mükafatını ləğv etməyə çağırdı
"Qalatasaray"ın hücumçusunu polisə şikayət etdilər
“Xankəndi” - “Qaradağ Lökbatan” matçından - Video
"Barselona" yenidən "Kamp Nou"nu tərk etməli olacaq
Rəhim Həsənov hakim qərarlarını təsdiqlədi - Video
"Liverpul"un hədəfinə tuş gəldi
Prezident yarımfinal matçının hesabını proqnozlaşdırdı
2-ci liqa: Liderlər heç-heçəyə razılaşdı
"Real"ın gənc oyunçusu Bundesliqa yolunda
“Atletiko” ona 120 milyon avro qiymət qoydu
10 illik dövrün sonu: "Mançester Siti"dən gedir
Xetaq Qazyumov: “Bu uğurla kifayətlənməyəcəyik”
"Fənərbaxça"da prezident seçkilərinin tarixi açıqlandı
Braziliya millisində daha bir itki - DÇ-2026-nı buraxacaq
Dimarko üçün 4 illik müqavilə
Uqo Lyoris Fransa millisinə qayıdır
Modriç əməliyyat olundu
“Qarabağ” 700-ə çatdı
PSJ - "Bavariya" oyunu bu kanallarda
"Sumqayıt"dan 21-ci əsrin antirekordu
“Qarabağ”da 200-cü oyun
Premyer Liqada 60-cı qol
Son 15 mövsümün rekordu
"Sumqayıt"ın yubiley qələbəsi
Çalhanoğlu üçün mövsüm başa çatdı
DÇ-2026 üçün sarı vərəqə qaydaları dəyişdirilir
“Fənərbaxça” baş məşqçini göndərdi
“Atalanta” səfərdə məğlub oldu - Video
“Mançester Yunayted”dən çətin qələbə
“Trabzonspor” uduzdu, “Beşiktaş”dan heç-heçə
Masazırda 2 qol, 2 qırmızı vərəqə - Video
"Hücum xəttini dəyişmək çətindir, ciddi rəqabət var"
Dilanovun dublu, "Ağdaş"ın 5 qollu qələbəsi - Video
"Qırmızı vərəqə planlarımızı pozdu" - Fizuli Məmmədov
Tovuzda vurulan 2 qol - Video
Matçın əlavə vaxtında 3 qol vurdular
"Sabah"dan qələbə, "Turan Tovuz" - "Zirə" matçında heç-heçə
"Gənc oyunçu şansı özü qazanmalıdır" - Kurban Berdiyev