"Qəbələ" klubunun ukraynalı yeni transferi, qapıçı Dmitri Bezotosnı Qol.Az-ın Antalyaya ezam olunmuş müxbirinin suallarını cavablandırıb.
- "Qəbələ"yə keçidin haqda nə deyərdin?
- Mən iddialı və qarşısına böyük hədəflər qoyulan komandaya gəldim. Bu komanda xoşuma gəlir. "Qəbələ" üçün əlimdən gələni edəcəm. "Çernomorets"də Roman Qriqorçukla işləmişəm və onun işinə yaxşı bələdəm. Yenidən onunla çalışacağım üçün çox şadam.
- Niyə sadəcə 6 aylıq müqavilə imzaladın? Nəzərə alaq ki, baş məşqçinin "Qəbələ" ilə 1,5 illik müqaviləsi var...
- Hər şey qarşılıqlı razılıq əsasında gerçəkləşdi. İndiki məqamda nə mən, nə də klub uzunmüddətli əməkdaşlıq istəyirik. Əgər hər şey yaxşı olarsa, mövsümün sonunda "Qəbələ" ilə müqavilənin müddətini uzada bilərəm. Bu, klub üçün də sərfəli olar. Çünki "Qəbələ"yə uyğun gəlməyə də bilərəm.
- Komandanın hədəfləri haqda nə bilirsən?
- Mənə "Qəbələ"nin yeni mövsümdən Avropa Liqasında oynamalı olduğunu dedilər. "Çernomorets"lə Avropa Liqasında oynamışam və bunun nə demək olduğunu yaxşı bilirəm. "Qəbələ" ilə də bu turnirdə oynamaq istəyirəm.
- "Çernomorets"dən "Qəbələ"yə gələn ilk futbolçu deyilsən. Bu, Roman Qriqorçukla bağlıdır, yoxsa Ukraynadakı hərbi-siyasi vəziyyətin sabit olmamasından qaynaqlanır?
- Bu məşqçi heyəti ilə işləmək çox xoşdur. Həmçinin Ukraynada hərbi-siyasi vəziyyət sabit deyil. Odessada təhlükəsizliyinə zəmanət verə bilməzsən. Buna görə özümə yeni komanda axtarmaq qərarına gəldim. Roman Qriqorçuk zəng vurdu və mən də təklifi qəbul etdim. Ölkə xaricində oynamaq mənə maraqlı gəldi.
- Kamran Ağayev haqda eşitmisən?
- Belə anladım ki, siz komandanın kapitanı haqda soruşursunuz. Səmimi deyirəm, eşitməmişəm.
- Kamran "Qəbələ"nin kapitanı, eyni zamanda Azərbaycan millisinin qapıçısıdır. Onunla rəqabətdən çəkinmirsən?
- Rəqabətdən çəkinmirəm. Həm mən, həm də o, əsas heyətə düşmək uğrunda mübarizə aparacaq. Qapıda kimin dayanacağına baş məşqçi qərar verəcək.
- Yəqin ki, səni komandaya ikinci qapıçı kimi dəvət etməyiblər...
- Neçənci qapıçı kimi dəvət olunduğumu deyə bilmərəm. Baş məşqçi nəticə qazanmaq istəyir və ümid edirəm ki, qapıya ən yaxşısını qoyacaq. Qeyd edim ki, "Çernomorets"in kapitanı mən idim. Mən iddialıyam, əminəm ki, Kamran da iddiasını ortaya qoyacaq. Əsas heyət uğrunda mübarizə aparacağıq.
- Azərbaycan çempionatı haqda nə deyə bilərsən?
- Daha öncə Azərbaycan Premyer Liqasını izləməmişəm. Ancaq Roman Qriqorçukun "Qəbələ"yə keçəcəyi haqda xəbərlər yayıldıqdan sonra Azərbaycan çempionatı ilə maraqlanmağa başladım. Baş məşqçimin hara getdiyini bilmək maraqlı idi. Əminəm ki, tezliklə Azərbaycan Premyer Liqası haqda kifayət qədər məlumatlar toplayacam.
Vüsal HÜSEYN,
Antalya
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
İnfantinoya rəqib gəlir?
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar
Misli Premyer Liqasında 11-ci turun hakimləri
1 oyun, 51 nəfər qırmızı vərəqə, dünya rekordu - Video
Həftənin oyunçusu kim olacaq? - 1-i het-trik, 3-ü dubl edib
“Sabah”ın futbolçusu: “Bundan nəticə çıxarmalıyıq”
“Fənərbaxça”dan “Liverpul”a İstanbul şoku - Video
Yaxşı övlad doğma evinə qayıdar! - Almeyda Bakıdadır
Dambrauskas “Vikinq”ə məğlubiyyətin səbəblərini açıqladı
"Fənərbaxça" "Liverpul"a qalib gəldi, "Real"dan qələbə
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Sabah"da itki - Oyuna davam edə bilmədi
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib