“Neftçi” klubunun baş məşqçisi Arif Əsədov Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı çərçivəsində Səudiyyə Ərəbistanın “Hacer” klubu ilə keçirilən yoxlama oyunundan (3:1) sonra Qol.Az saytının suallarını cavablandırıb.
- Qış fasiləsində “Neftçi” ilk yoxlama oyununa çıxdı. Komandanız necə təsir bağışladı?
- Hazırlıq prosesi çox yaxşı və intensiv şəkildə gedir. Hətta bugünkü oyuna çıxmamışdan öncə də məşqimiz olmuşdu. Ona görə də komanda fiziki cəhətdən yorğun görünürdü. Bizim üçün belə qarşılaşmalarda əsas nəticə deyil. Çalışırıq ki, bütün futbolçulara şans verək.
- Keçirdiyiniz yoxlama oyununa iki hücumçu ilə meydana çıxdınız. Amma əksər hallarda biz “Nefçin”ni tək hücumçu ilə meydanda görürdük...
- Əsas məqsədimiz bütün hücumçuları sınaqdan keçirməkdir. Növbəti oyunlarda da çalışacağıq ki, onların hamsını yoxlayaq. Hələlik heç bir taktiki dəyişiklik yoxdur. Növbəti oyunlarda komandanın potensialını artırmaq üçün əlimizdən gələi edəcəyik. Bu təlim-məşq toplanışında müxtəlif taktikalardan istifadə edəcəyik ki, bütün mövqelərdə futbolçuların yerini yaxşı təyin edə bilək.
- Elnur Allahverdiyevin "Neftçi"dən getməsinin səbəbi nədir?
- Bruno Bertuççi bizdən ayrıldıqdan sonra sol cinah müdafiə xəttində boşluq var idi. Yerli futbolçu baxımından həmin mövqedə klubumuzda oyunçu az olduğundan Elnur Allahverdiyevi transfer etmişdik. Bir çox oyunda bizə yararlı olsa da, sonradan intizamsızlıq etdi. “Xəzər Lənkaran”la oyunda qırmızı vərəqə alması isə bizim üçün artıq hər şeyi aydınlaşdırdı və komandadan göndərildi. O, artıq azad transfer hüququna malikdir və istədiyi kluba gedə bilər. Antalyaya gəlməmişdən öncə ona bildirdik ki, artıq özü üçün komanda axtara bilər.
- Bu gün (dünən - red.) yoxladığınız oyunçulardan etimadınızı doğruldanlar oldumu?
- Hazırda daha çox gəncləri yoxlayırıq. Fəhmin, Rahil və Mirkamil bu gün ümidləri daha çox doğrultdu. Onları artıq növbəti oyunlarda da meydanda görə biləcəyik. Bu təlim-məşq toplanışında da əsas məqsədimiz komandaya yeni futbolçular qazanmaqdır.
- “Neftçi”nin çempionatdakı oyunlarında həmin futbolçuları meydanda görə biləcəyikmi?
- Çalışacağıq ki, burda olduğumuz müddətdə bütün oyunçuları sınaqdan keçirək. Növbəti yoxlama matçlarında onlara yenə də şans verəcəyik ki, artıq sonda əsas heyəti müəyyənləşdirək. Ola bilər ki, onlardan da kimsə əsas komandaya düşsün.
- Mirhüseyin Seyidovdan narazılıq edirdiz oyunda.
- Bəzi epizodlarda tez-tez top itirirdi. Bununla bağlı ona narazılıq edirdim. Digər matçlarda da bu cür hadisələrlə qarşılaşa bilərik. Çünki komanda yorğundur. Buna görə də yoxlama oyunlarında belə hallar normaldır. Əsas məqsədimiz komandamızı çempionatın növbəti oyunlarına yaxşı hazırlamaqdır.
- Baxışa futbolçu dəvət edəcəksiz?
- Bu haqda indidən heç nə deyə bilmərəm. Hazırlığa hələ təzə başlamışıq. Amma növbəti matçlard ada hansısa mövqədə problemlər görsək, yeni oyunçular dəvət edə bilərik.
- Rauf Əliyevin oyunu sizi qane etdi?
- Bəli, bu gün Rauf Əliyev bir hücumçu kimi özünü göstərə bildi. O, “Xəzər Lənkaran” da az qol vurmuşdu. Biz onunla söhbət etdik ki, ilk oyunlardan yaxşı oynayıb özü barədə inam yaratmalıdır.
- Rəhman Hacıyevlə anlaşa bildinizmi?
- Rəhman Hacıyev artıq bizimlə müqavilə bağlayıb. Amma onun Türkiyədən deportasiya olunması təlim-məşq toplanışımıza qoşulmasına mane oldu. Biz də qərar verdik ki, Bakıya qayıdandan sonra “Neftçi”nin düşərgəsinə qoşulacaq.
- “Adanaspor”un menecerləri və baş məşqçisi də oyunu izləyirdi. Dediklərinə görə, “Neftçi”nin heyətində bəyəndikləri futbolçular var. Xüsusilə Samir Məsimovu çox bəyəniblər.
- Bizim qapımız hər kəsin üzünə açıqdı. Gənc futbolçulara yaxşı klublardan dəvət olarsa, onun yolunu kəsmərik. Bu məsələ ilə bağlı heç nə deyə bilmərəm. Çünki real bir şey yoxdur. Amma Samir Məsimov daha yaxşı komandalarda oynamağa layiqdir.
Ergün SEYİD,
Antalya
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
İnfantinoya rəqib gəlir?
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar
Misli Premyer Liqasında 11-ci turun hakimləri
1 oyun, 51 nəfər qırmızı vərəqə, dünya rekordu - Video
Həftənin oyunçusu kim olacaq? - 1-i het-trik, 3-ü dubl edib
“Sabah”ın futbolçusu: “Bundan nəticə çıxarmalıyıq”
“Fənərbaxça”dan “Liverpul”a İstanbul şoku - Video
Yaxşı övlad doğma evinə qayıdar! - Almeyda Bakıdadır
Dambrauskas “Vikinq”ə məğlubiyyətin səbəblərini açıqladı
"Fənərbaxça" "Liverpul"a qalib gəldi, "Real"dan qələbə
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Sabah"da itki - Oyuna davam edə bilmədi
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib