"Simurq" "Şaxtyor"u məğlub etdi

"Simurq" "Şaxtyor"u məğlub etdi
ÖLKƏ FUTBOLU 13 Yanvar 2015 / 20:51 7325
-  A +

Türkiyədə təlim-məşq toplanışında olan "Simurq" bu gün ilk yoxlama oyununa çıxıb.

Qol.Az-ın məlumatına görə, Zaqatala təmsilçisi Qazaxıstanın "Şaxtyor" klubu ilə qarşılaşıb. Matç "Simurq"un 3:1 hesablı qələbəsi ilə başa çatıb. Komandanın qollarını Elnur Abdullayev, Marko Stanoyeviç, Draqan Çeran vurub.

Qeyd edək ki ki, əvvəlcə "Simurq" rəsmi saytı vasitəsi ilə yoxlama oyununun əlverişsiz hava şəraiti səbəbindən baş tutmayacağını bildirmişdi. Ancaq sonradan hər iki komandanın razılığı əsasında matçın keçirilməsinə qərar verilib.

Əlavə edək ki, "Simurq"un növbəti yoxlama görüşü yanvarın 15-nə nəzərdə tutulub. Komandanın rəqibi Almaniyanın "Dyusburq" klubu olacaq.

Daha çox


Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq