AZAL klubunun baş məşqçisi Tərlan Əhmədov Qol.Az saytına müsahibəsində komandasının qış təlim-məşq toplanışından və digər məsələlərdən danışıb.
- Əvvəlcə AZAL-ın mövsümün ikinci yarısına hazırlığı barədə məlumat almaq istərdik.
- Komandamız tam tərkibdə məşqlərini davam etdirir. Yanvarın 15-də “Qaradağ Lökbatan”la yoxlama oyunu keçirəcəyik. Ayın 17-də öz meydanımızda, 19-da isə “Sumqayıt”ın meydanında sınaq matçımız nəzərdə tutulub. Bundan başqa yanvarın 22-də “Bakı” ilə qarşılaşacağıq. Hər şey öz qaydasındadır.
- Bildiyimizə görə, AZAL hazırlığın ikinci mərhələsini Gürcüstanda keçirəcək. Orada hansı komandalarla yoxlama oyunu nəzərdə tutulub?
- Hələ ki, danışıqlar gedir. “Bolnisi” ilə oynamaq istəyirik. Hər halda yaxın 1-2 gün ərzində bu məsələ öz təsdiqini tapacaq.
- Başqa oyunlar olmayacaq?
- Xeyr, bir oyun nəzərdə tutmuşuq. Çünki Gürcüstanın demək olar ki, bütün klubları təlim-məşq toplanışı üçün Türkiyəyə gedir. Orada qalan yalnız “Bolnisi”dir. Çalışırıq ki, o klubla razılığa gələk və qüvvəmizi sınayaq.
- Yeni transferlər gözlənilir?
- Bildiyiniz kimi, hələlik dörd futbolçu transfer etmişik. Bundan başqa əvəzedici heyətdən bir neçə futbolçunu komandaya cəlb etmişik. Onların arasında perespektivi futbolçular var. Yoxlama görüşlərində özlərini yaxşı göstərsələr, onlardan çempionatda da istifadə edəcəyik.
- Baxışda olan ukraynalı futbolçu Valeri Kutsenko ilə razılığa gəlinib?
- Onunla danışıqlarımızı davam edir. Ümid edirik ki, razılığa gələcəyik.
-Baxışa digər futbolçular cəlb olunacaq?
- Hələ ki, gündəmdə olmasa da, fikrimizdə var ki, heyətə bir müdafiəçi cəlb edək. Namizədlər çoxdur. Ola bilsin ki, həmin müdafiəçi əcnəbi olacaq. Ancaq transfer edəcəyimiz futbolçu azad agent statusuna malik olmalıdır. Hələ ki, fikrimizi yerli futbolçulara, gənclərə yönəltmişik.
- Uzun illər millinin kapitanı olmusunuz. Buna görə də İspaniya “Qranada”sında çıxış edən Eddi İsrafilovun millimizə dəvət olunmasına sizin münasibətiniz maraqlı olardı.
- Çox istərdim ki, ölkə xaricində olan azərbaycanlı futboçular, damarında Azərbaycan qanı axan oyunçular milliyə dəvət olsunsun. Eddi İsrafilovun da qəlbində Azərbaycan məhəbbəti, bayrağa, millətə hörməti varsa, hər halda onun millimizdə oynamasına pis baxmağa haqqımız yoxdur. Mən inana bilmirəm ki, futbolçu millidə oynamaq üçün pul tələb etsin. Düzdür, bizim vaxtımızda da bəzi futbolçular pul, ev davası edirdi. Yaxşı futbolçusansa, onsuz da klubunda qazanacaqsan. Amma millidə oynayanda milləti, dövləti fikirləşməlisən. Millətə bağlı olmayan futbolçu üçün milli komanda sadəcə bir qazanc yeridir. Millidə sırf vətənpərvərlər oynamalıdır. İsrafilovun millimizə dəvət olunmasına müsbət baxıram. Sevindirici haldır ki, Vəli Qasımovdan sonra ikinci bir azərbaycanlı bizi İspaniya La Liqasında təmsil edəcək.
-Portuqaliya millisin və “Real”ın hücumçusu Kriştiano Ronaldo 2014-cü ilin ən yaxşı futbolçusu seçildi. Sizin namizədiniz kim idi?
- Mən 25 ildir ki, “Real”ın fanatıyam. Üç komandaya azarkeşlik edirəm: “Real”, “Yuventus” və “Beşiktaş”. Hər halda Ronaldo sevimli komandamın oyunçusudur. Ronaldo Portuqaliya millisinin “DÇ-2014”ün final mərhələsinə vəsiqə qazanmasında müstəsna xidməti oldu. Onun “pley-off”da İsveç millisi ilə hər iki oyunda vurduğu qollar da nəzərdə alındı. Hər halda oyununa görə bu mükafatı Ronaldoya verdilər. Mən də onun seçilməsinin tərəfdarı idim.
- Sonda bir məsələyə aydınlıq gətirməyinizi istərdik. AZAL-ın sabiq futbolçu Aqil Nəbiyev mətbuata açıqlamasında bildirib ki, klub rəhbərliyi onu komandada görmək istəsə də, siz buna imkan verməmisiniz. Bu, nə dərəcədə doğrudur?
- Mənim belə şeylərə baş qoşmağa vaxtım yoxdur. Onsuz da oynadığım vaxtlarda da adıma o qədər sözlər qoşublar ki… Köməkçi məşqçi işlədim, arxamca danışdılar. İndi baş məşqçi işləyirəm, yenə danışırlar. Deməli, varam ki, haqqımda danışırlar. Bu, məni narahat etmir. Məni reklam edirlər. Hamı məni tanıyır. Sizin saytınız vastəsilə demək istəyirəm ki, bununla bağlı məni heç bir mətbuat işçisi narahat etməsin. Boş-boş söhbətlərə vaxt ayıra bilmərəm.
Ramiq AĞAMƏMMƏDOV
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
İnfantinoya rəqib gəlir?
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar
Misli Premyer Liqasında 11-ci turun hakimləri
1 oyun, 51 nəfər qırmızı vərəqə, dünya rekordu - Video
Həftənin oyunçusu kim olacaq? - 1-i het-trik, 3-ü dubl edib
“Sabah”ın futbolçusu: “Bundan nəticə çıxarmalıyıq”
“Fənərbaxça”dan “Liverpul”a İstanbul şoku - Video
Yaxşı övlad doğma evinə qayıdar! - Almeyda Bakıdadır
Dambrauskas “Vikinq”ə məğlubiyyətin səbəblərini açıqladı
"Fənərbaxça" "Liverpul"a qalib gəldi, "Real"dan qələbə
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Sabah"da itki - Oyuna davam edə bilmədi
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib