“Bizim üçün oyunun sonu uğurlu alındı. Gərgin oyun keçdi. Rəqib də yaxşı mübarizə apardı”.
Qol.Az-ın futbolxeber.az saytına istinadən verdiyi məlumata görə, bu sözləri Valentin Qranatkinin xatirəsinə həsr olunan turnirdə beşinci yer uğrunda Belarusla oyundan sonra U-19 millimizin baş məşqçisi Nikolay Adam deyib.
Alman məşqçi komandası yaradılan şəraitə görə AFFA rəhbərliyinə minnətdarlıq edib: “Azərbaycan millisinin Sankt-Peterburqdakı turnirin tarixi ərzində ən yaxşı nəticəsinə imza atdıq. Buna görə futbolçularıma, məşqçilər korpusuna, AFFA rəhbərliyinə minnətdaram. Onlar yaxşı nəticə qazanmağımız üçün hər bir şərait yaratdılar. Bizi burada dəstəkləyən azarkeşləri də unutmaq olmaz. Futbolçularım turnir boyu ürəklərini meydanda qoydular”.
Adam oyunun sonunda qapıçı dəyişikliyi etməsinə də münasibət bildirib: “Sərəncamımda iki yaxşı qapıçı var. Ötən il də burada qapıçı dəyişikliyi etmişdik və bu, bizə uğur gətirmişdi. Bu gün də eyni addımı atdıq. Ümumiyyətlə, meydana buraxdığım qapıçı penaltilər seriyasında usta sayılır. Bütün bunlarda komandamızın qapıçılarla işləyən məşqçisinin də böyük rolu var. Onu 4 ildir tanıyıram. Daim öz üzərində çalışır. Geridə qalan müddətdə bütün seminarlara qatılıb”.
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
İnfantinoya rəqib gəlir?
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar
Misli Premyer Liqasında 11-ci turun hakimləri
1 oyun, 51 nəfər qırmızı vərəqə, dünya rekordu - Video
Həftənin oyunçusu kim olacaq? - 1-i het-trik, 3-ü dubl edib
“Sabah”ın futbolçusu: “Bundan nəticə çıxarmalıyıq”
“Fənərbaxça”dan “Liverpul”a İstanbul şoku - Video
Yaxşı övlad doğma evinə qayıdar! - Almeyda Bakıdadır
Dambrauskas “Vikinq”ə məğlubiyyətin səbəblərini açıqladı
"Fənərbaxça" "Liverpul"a qalib gəldi, "Real"dan qələbə
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Sabah"da itki - Oyuna davam edə bilmədi
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib